İraqın şimalında iki türk əsgəri həlak olub

Bazar ertəsi 12 İyun 2023 - 12:16
https://az.iswnews.com/?p=22955

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı bu ölkənin daha iki əsgərinin həlak olduğunu açıqlayıb.

Türkiyənin Müdafiə Nazirliyi İraqın şimal bölgələrində keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı bu ölkənin “Halil Şahin” və “Cem Əhməd Kaya” adlı iki əsgərinin həlak olduğunu etiraf edib. Bu iki əsgər İraqın şimalında partlayıcı qurğunun partlaması nəticəsində yaralanıb və aldığı xəsarətlərin şiddətindən tibb mərkəzlərinə aparıldıqdan sonra dünyasını dəyişib.

Belə ki, Türkiyə Müdafiə Naziri Hulusi Akarın əmri ilə Şimali İraqda PKK silahlılarına qarşı 18 aprel 2022-ci il səhər saatlarında başlayan “Qıfıl Pəncəsi” əməliyyatında türk ordusunun itkilərinin sayı 74-ə çatıb.

Mayın 13-də Türkiyənin Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı əsgərlərindən birinin öldüyünü açıqlamışdır.

Daha çox oxuyun: İraqın şimalında türk əsgəri həlak olub

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir