İraqın baş naziri: Həşd-Şəəbi İraqın təhlükəsizlik və hərbi təşkilatlarının əsas sütunlarından biridir + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraqın Baş naziri və Silahlı Qüvvələrinin Ali Baş Komandanı Həşd-Şəəbi Təşkilatının qərargahında olarkən bu təşkilatın komandirləri, müavinləri və qüvvələri ilə görüşüb və müzakirələr aparıb.
İraqın Baş naziri və Silahlı Qüvvələrinin Ali Baş Komandanı Məhəmməd Şəyya Əl-Sudani iyunun 10-da Həşd-Şəəbi Təşkilatının qərargahının iştirakı ilə təşkilatın komandirləri, müavinləri və qüvvələri ilə görüş keçirib.
Bu görüşdə Əl-Sudani Həşd-Şəəbi Təşkilatının yaranmasının 9-cu ildönümü münasibəti ilə təbrik edib və terrorla mübarizədə böyük fədakarlıqlarla yazılan qəhrəmanlıq əsərləri xatırladıb.
O, vurğulayıb ki, şiələrin Ali Dini Mərcəyi olan Ayətullah Sistaninin fətvası düşmənin planları və tənliklərini alt-üst etdi və nəticədə terror planlarını zərərsizləşdirən bu milli Təşkilat formalaşdı.
Əl-Sudani əlavə edib ki, bu addım İŞİD-ə qarşı əldə edilən qələbənin səbəbi, həmçinin İraq və bu ölkənin xalqı üçün birlik və firavanlıq yolunda yeni başlanğıc və İraq xalqının bütün təbəqələrinə sülh mesajı idi.
İraqın baş naziri vurğulayıb ki, terrorizmlə mübarizə İraqın sosial quruluşunu hədəf alan ekstremist planlar dalğasından sonra bu ölkə xalqını birləşdirdi.
O, bu fətvanın İraqlı şəhidlərin və yaralıların qanı ilə bəzədildiyini və təkfirçi qrupların qovulması ilə başa çatdığını bildirib. Əl-Sudani bildirib: “Bu münasibətlə biz şəhidləri, terrorizm üzərində qələbənin komandirlərini və ölkənin və onun demokratik quruluşunun müdafiəsi uğrunda verdikləri böyük fədakarlıqları yad etməliyik”.
İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanı İraqın təhlükəsizlik və hərbi təşkilatlarının mühüm dayağına çevrilmiş Həşd-Şəəbi Təşkilatını tərifə layiq hesab edib və İraq hökumətinin, Həşd-Şəəbi Qüvvələri də daxil olmaqla bütün təhlükəsizlik qüvvələrinin təqaüdə çıxmasına zəmanət verən qanun qəbul etmək niyyətində olduğunu vurğulayıb.
Rəy