Azərbaycanın Amerikadakı səfiri: Azərbaycanın İsraillə əlaqələri dərin, geniş və stratejidir!

Cümə axşamı 8 İyun 2023 - 20:09
https://az.iswnews.com/?p=22901

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfiri Bakının Vaşinqton və Təl-Əvivlə münasibətlərinin heç bir başqa ölkə üçün təhlükə olmadığını iddia edib.

Azərbaycanın Amerikadakı səfiri Xəzər İbrahim “Jewish News Syndicate” mediasına müsahibəsi zamanı iddia edib ki, Bakının Vaşinqton və Təl-Əvivlə münasibətləri heç bir başqa ölkə üçün təhlükə deyil.

Müsahibə iyunun 7-də dərc olunub.

O, bəyan edib: “Azərbaycan Respublikasının sionist rejim və ABŞ ilə müttəfiqliyi və ittifaqı onun mənafeyinə və milli baxışına uyğundur və heç kəsi təhdid etmək üçün nəzərdə tutulmayıb. Bakı, Vaşinqton və Təl-Əviv arasında ikitərəfli və üçtərəfli əlaqələr dərin, geniş və strateji xarakter daşıyır və hər həftə yüksək səviyyəli görüşlər keçirilir”.

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri elan edib: “Bakı və Təl-Əviv kibertəhlükəsizlik və neft sahəsində əsas tərəfdaşlar hesab olunur və Bakı bu yaxınlarda Təl-Əvivdə öz səfirliyini açıb”.

Bakının Vaşinqtondakı səfiri Təl-Əvivlə münasibətlərə və İranın bununla bağlı mövqelərinə toxunaraq iddia edib: “Biz tərəfdaşlarımızla nə etsək də, özümüz üçün edirik. Biz bunu milli maraqlarımız üçün edirik. Biz bu addımları ortaq dəyərlərimizə və vizyonumuza əsaslanaraq həyata keçiririk. Biz qaydalara əsaslanan beynəlxalq nizamda eyniyik və dünyada qaydalara əsaslanan beynəlxalq nizam nə qədər çox olarsa, regionumuz və dünya üçün bir o qədər yaxşıdır”.

Bu sözlər, İsrailin xarici işlər naziri Eli Kohenin aprel ayında mətbuat konfransında Azərbaycan Respublikası ilə İsrailin İran təhlükəsi haqqında eyni fikirdə olduqlarını bildirərkən dilə gətirildi. O, əlavə etmişdir: “İran terrorizmi dəstəkləmək və maliyyələşdirməklə regionumuzu təhdid edir və Yaxın Şərqdə qeyri-sabitlik yaradır. İrana qarşı birlikdə hərəkət etməliyik”.

Daha çox oxuyun: Azərbaycan xarici işlər nazirinin işğal olunmuş Fələstinə səfərinin təfərrüatı + FOTO

Bir müddət sonra İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani sionist rejimin xarici işlər nazirinin Azərbaycan Respublikası ilə birləşmiş anti-İran cəbhəsinin yaradılması ilə bağlı belə demişdir: “Bakıdan sionistlərlə razılaşma ilə bağlı izahat tələb olunur, lakin Bakı rəsmiləri məqbul cavab vermirlər”.

Daha çox oxuyun: İki ölkənin Xarici İşlər Nazirlikləri arasındakı mübahisə nədən yarandı? + FOTO

İndiyədək İran İR rəsmiləri İsrail rejiminin Azərbaycan Respublikası ərazisini İran İslam Respublikasının milli təhlükəsizliyinə qarşı istifadə etmək istəyi kimi mənfur niyyətləri barədə Azərbaycana bir neçə dəfə xəbərdarlıq edib. Lakin onlar bu xəbərdarlıqlara məhəl qoymadan, hər sahədə, xüsusilə siyasi, təhlükəsizlik və hərbi sahələrdə sionist rejimlə əməkdaşlıqlarını artırmaqdadırlar. Bu məsələlər İran İslam Respublikası üçün ciddi həyəcan siqnalı sayıla bilər.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir