Ukraynanın cənubunda Kaxovka bəndi dağıdılıb + VIDEO və FOTO

Çərşənbə axşamı 6 İyun 2023 - 17:55
https://az.iswnews.com/?p=22763

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Dnepr çayı üzərindəki Kaxovka bəndinin partlamasından sonra dağılıb və Xerson vilayətinin cənub rayonlarında daşqın olub.

Kaxovka su elektrik stansiyasının bəndində baş verən partlayışdan və Xerson vilayətinin cənub rayonlarında baş verən daşqınlardan sonra yerli hakimiyyət mülki əhalinin və Rusiya qüvvələrinin bu bölgədən çıxarılmasını tələb edib. Ukrayna ordusu Rusiya ordusunun bu bəndi partlatdığını iddia etsə də, Rusiya mətbuatı yerli mənbələrə istinadən bəndin Ukraynanın hücumu nəticəsində uçurulduğunu iddia edib.

Kaxovka bəndi 1956-cı ildə Dnepr çayı üzərində Kaxovka Su Elektrik Stansiyasının ehtiyaclarını ödəmək, həmçinin Krım yarımadasını və Zaporojya Atom Elektrik Stansiyasını su ilə təmin etmək üçün tikilib. Bu bəndin hündürlüyü 30 metr, uzunluğu 3200 metr olan 18 kub kilometrlik su anbarı var.

Rusiya qüvvələrinin Dnepr çayının şərqində müdafiə xəttinin yaradılması və bu çayın Ukraynanın hücumlarını Dneprdən şərqə keçirməsinin qarşısını alması səbəbindən, çox güman ki, Ukrayna ordusu onların müdafiə xəttini məhv etmək niyyəti ilə su axınının bu istiqamətdə işə salınmasını istəyib. Bundan əlavə, bu çayda suyun səviyyəsinin aşağı düşməsi ilə Ukrayna qayıqlarının keçməsi asanlaşacaq.

Onlayn xəritədə baxın

Orijinal ölçüdə baxmaq üçün klikləyin
Video (1): Kaxovka bəndinin dağıdılmasından sonrakı vəziyyəti
Video (2): Kaxovka bəndinin dağıdılmasından sonrakı vəziyyəti
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir