Amerika: SEPAH qayıqları İngiltərə gəmisini əziyyət edib! + FOTO

Bazar ertəsi 5 İyun 2023 - 14:25
https://az.iswnews.com/?p=22717

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Amerika ordusu İngiltərə gəmisinin Hörmüz boğazında İran İslam İnqilabı Keşikçiləri Korpusunun qayıqları tərəfindən əziyyətə məruz qaldığını iddia edib.

Amerika terrorçu ordusunun Bəhreyn adasında yerləşən donanmasının 5-ci donanması verdiyi açıqlamada İran İslam İnqilabı Keşikçiləri Korpusunun üç qayığının Hörmüz boğazında ticarət gəmisini əziyyət etdiyini iddia edib. Bu donanma əlavə etdi: “SEPAH qayıqları İngiltərə Hərbi Dəniz Qüvvələrinin təcili əlaqəsindən sonra geri çəkildi”.

Bu xəbər ABŞ hərbi rəsmilərinin İran və region ölkələri arasında dəniz ittifaqı yaratmaq planını tənqid və etiraz edərkən dərc olunur. Bununla bağlı Bəhreyn adasında yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasının sözçüsü Tim Hawkins Qərb mediasına müsahibəsində deyib: “Bölgədəki qeyri-sabitliyin səbəbi olan bir nömrəli ölkənin (İran) dəniz donanması özü təhdid etdiyi suların qorunması üçün dəniz koalisiyası yaratmağını istədiyini iddia edir! Bu iddia məntiqli deyil. Son iki il ərzində İran beynəlxalq bayraqlı 15 ticarət gəmisinə hücum edib və ya ələ keçirib. Bu tədbirlər vacibdir və buna görə də biz tərəfdaşlarımızla Hörmüz boğazı ətrafında müdafiəni gücləndiririk”.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir