Suriyanın xarici işlər naziri İraqa səfər edib

Bazar ertəsi 5 İyun 2023 - 13:55
https://az.iswnews.com/?p=22714

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriya xarici işlər naziri Bağdada rəsmi səfəri zamanı İraqın xarici işlər naziri, Ali Məhkəmə Şurasının rəhbəri və İraq prezidenti ilə görüşüb və müzakirələr aparıb.

Suriyanın xarici işlər naziri Feysəl Əl-Miqdad iyunun 4-də iraqlı həmkarı Fuad Hüseynlə görüşüb və müzakirələr aparıb. Görüşdən sonra tərəflər Bağdadda birgə mətbuat konfransına qatılıb.

İraqın xarici işlər naziri bu görüşdə narkotik alverçilərinə qarşı mübarizədə Suriya tərəfi ilə birgə koordinasiya və əməkdaşlığın davam etdiyini və qonşu ölkələrlə də bu sahədə əməkdaşlığın baş tutacağına ümid edildiyini bildirib. O əlavə edib: “İraqın Suriya xalqını dəstəkləmək və iki ölkə arasında ortaq əlaqələrin dərinliyi ilə bağlı mövqeyi sabitdir. Suriyadakı vəziyyətlə bağlı beştərəfli danışıqlar çərçivəsində davamlı danışıqlar aparılacaq”.

Fuad Hüseyn, həmçinin vurğulayıb: “Suriyada humanitar vəziyyət çox çətindir və bununla bağlı regional və qlobal fəaliyyətə ehtiyacımız var. Növbəti mərhələdə Suriyaya yardım göstərmək üçün hərəkətə keçəcəyik”.

Suriyanın xarici işlər naziri həmçinin deyib: “İraqla əlaqələrimiz müxtəlif sahələrdə strateji xarakter daşıyır və biz bu ölkə ilə əməkdaşlıq əlaqələrini gücləndirmək üçün əlimizdən gələni edəcəyik”.

Feysəl Əl-Miqdad Bağdad və Dəməşqin mövcud çağırışlarla bağlı vahid mövqeyə malik olduğunu bildirib və terrorizmlə mübarizə və narkotik təhlükəsinin aradan qaldırılmasını vurğulayıb.

Suriyanın xarici işlər naziri İraq prezidenti Əbdül Lətif Rəşidlə də görüşüb və danışıb. Bu görüşdə Rəşid İraq və Suriya arasındakı əlaqələrin dərinliyini və bu əlaqələrin müxtəlif sahələrdə gücləndirilməsinin, regional və beynəlxalq səviyyədə ortaq əhəmiyyət kəsb edən məsələlərdə məsləhətləşmələrin və koordinasiyaların aparılmasının vacibliyini vurğulayıb. O, İraqın Suriyanın Ərəb Liqasının son iclasında iştirakı üçün əlindən gələni etdiyini açıqlayıb.

Əl-Miqdad İraq prezidenti ilə görüşündə İraqın Suriya ilə bağlı dəyərli mövqelərini və Suriyanın Ərəb Liqasına qayıtması üçün diplomatik rolunu yüksək qiymətləndirib.

Suriyanın xarici işlər naziri İraqa səfəri zamanı İraqın Ali Məhkəmə Şurasının rəhbəri Faiq Zidanla görüşüb və məsləhətləşib. Hər iki tərəf Zidanın Suriyaya son səfəri zamanı aparılmış məsləhətləşmələrin tamamlanmasını nəzərdən keçirib. Zidan və Əl-Miqdad İraq və Suriya arasında əlaqələrin dərinliyini və müxtəlif sahələrdə möhkəmlənməsini vurğulayıblar.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir