İmam Xamenei İmam Xomeyninin vəfatının 34-cü ildönümü münasibətilə çıxış edib + FOTO

Bazar 4 İyun 2023 - 22:30
https://az.iswnews.com/?p=22696

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi khamenei.ir-a istinadən xəbər verir ki, İslam İnqilabının Banisi İmam Xomeyninin vəfatının 34-cü ildönümü münasibəti ilə İmam Xamenei Tehranda o böyük şəxsiyyətin hərəmində yüzlərlə toplaşan şəxsə çıxış edib.

Bu gün 4 iyun dahi şəxsiyyət, İslam İnqilabının banisi, arif, filosof, müctehid, şəhidlərin İmamı, İmam Xomeyninin (r.ə) vəfatının 34-cü il dönümüdür. Bu münasibətlə Ali Məqamlı Rəhbər İmam Xamenei o şəxsiyyətin hərəmində çıxış edib. Bu çıxışda yüzlərlə insan toplanıb. Qonaqlar qismində xarici mühüm şəxsiyyətlərdə yer alıb.

İmam Xamenei çıxışında bildirib: “Bu ölkənin yeni nəsilləri böyük İmam (Xomeyni) haqqında daha çox bilməlidirlər”.

O, həmçinin Fələstin məsələsi barədə buyurub: “İmamın (Xomeyni) hərəkəti ilə Fələstin məsələsi İslam dünyasının ilk məsələsi oldu”.

Ali Dini Lider İmam Xomeyniyə (r.ə) əzmində kömək olan amillərdən danışaraq vurğulayıb: “İmama (Xomeyni) bu yolda kömək edən və onu güclü edən amil “iman” və “ümid” idi”.

İslam İnqilabının Rəhbəri deyib: “Dünyada mənəviyyat yoxa çıxmışdı və sönmüşdü. İmamın (Xomeyni) hərəkatı dünyada mənəviyyat rəngini canlandırdı. İmam (Xomeyni) dünyada və hətta qeyri-müsəlman ölkələrində mənəviyyat mühitini və mənəviyyata diqqəti canlandırdı. İmamın (Xomeyni) nə pulu, nə xəbər agentliyi var idi. İmamın yeganə gücü bir kağız parçası idi”.

İmam Xamenei sionist rejim barədə bildirib: “Düşmən cəbhəsi, sionizm cəbhəsi və dünyanın qüdrətli qüvvələri dünən olduğu kimi bu gün də İran millətinin qarşısında dayanıblar. Fərq ondadır ki, bu gün İran milləti güclənib, onlar isə zəifləyiblər”.

O, çıxışının sonlarında düşmənin xam xəyalları və düşmənin planının darmadağın edilməsində xalqın roluna toxunaraq deyib: “Düşmən iğtişaşlar zamanı düşünürdü ki, İslam Respublikasının artıq işi bitdi. Axmaqlar yenə yanıldılar. Sadiq gənclər küçələrdə və universitetlərdə böyük işlər gördülər. İrandakı İğtişaşların maliyyə, silah və media dəstəyi Qərb təhlükəsizlik agentlikləri tərəfindən təmin edilirdi”.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir