Tezliklə İran və Fars körfəzi ölkələrinin dəniz koalisiyası yaradılacaq
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani televiziyaya verdiyi müsahibədə mərkəzi İrana əsaslanan regional və regiondankənar koalisiyaların yaradılmasını elan edib.
Bu gün 3 iyun tarixində İran Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani televiziyaya müsahibəsində Şimali Hind okeanı ölkələrinin regionun təhlükəsizliyinin təmin edilməsində İranla əməkdaşlıq etmək istəyinə işarə edərək, İranın Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn və İraq da daxil olmaqla, region ölkələri ilə müştərək koalisiyasının yaradılmasından xəbər verib. İran və Fars körfəzi ölkələri arasında regional ittifaq Rusiya və Çinin İranla transregional ittifaqda əməkdaşlıq etdiyi və bu ittifaq çərçivəsində bir neçə hərbi təlim və manevr keçirdiyi bir vaxtda formalaşır.
İran Hərbi Dəniz Qüvvələrinin komandanı İranın Rusiya və Çinlə üçtərəfli dəniz ittifaqının inkişafına, eləcə də regional ittifaqların yaradılmasına toxunaraq deyib: “Biz tezliklə regionumuzun hər hansı əcnəbi qüvvədən azad olacağını görəcəyik. Bölgə xalqı öz yerli əsgərlərindən istifadə edərək təhlükəsizlik sahəsində güclənəcəklər”.
Admiral Şəhram İrani hansı dövlətlərin bu cür koalisiyaların yaradılmasını tələb etməsi ilə bağlı suala cavab olaraq deyib: “Bizim əvvəllər Omanla birgə fəaliyyətimiz olub. İndi Səudiyyə Ərəbistanı bunu məqsəd seçib və ona daxil olub. BƏƏ, Qətər, Bəhreyn, İraq, Pakistan və Hindistan bu ölkələr sırasındadır”.
Bundan əvvəl Qətər mediası İran və ərəb ölkələrinin Fars körfəzində dəniz təhlükəsizliyini təmin etmək məqsədi üçün Çinin koordinasiyası ilə birgə dəniz ittifaqı yaratmaq barədə razılığa gəldiyini iddia etmişdi.
İran Hərbi Dəniz Qüvvələrinin fəaliyyətini inkişaf etdirmək, regional və qeyri-regional ittifaqlar yaratmaq bu qüvvələrin son on ildə əsas siyasəti olub. İranın bu siyasəti həyata keçirməkdə məqsədi qərb ölkələrinin, xüsusən də ABŞ-ın ordusunu ölkədən çıxarmaq və onların Qərbi Asiya regionunda baş verən proseslərdə rolunu azaltmaqdır.
Daha çox oxuyun: BƏƏ ABŞ-ın birləşmiş dəniz koalisiyasından çıxdı
Rəy