Propaqanda və şantaj; Əhməd Obalı niyə süni qarşıdurma vəziyyəti yaradıb? + VİDEO

Şənbə 3 İyun 2023 - 14:43
https://az.iswnews.com/?p=22640

“Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi”nin rəhbəri və “Günaz TV”nin təsisçisi “Əhməd Obalı” kimi tanınan “Əhməd Yusefi Sadat” ABŞ-ın Kaliforniya ştatında hücuma məruz qaldı və ağır yaralandı. Azərbaycan hökumətinin pantürkləri və bu separatçı cərəyana bağlı İran pantürkləri bu ölümcül hücuma görə İran İslam Respublikasının məsuliyyət daşıdığını bildirdilər. Lakin Kaliforniya polisinin bir həftəlik araşdırmasından sonra bu iddiaların əksi sübuta yetirildi və pantürkçülər üçün böyük bir biyabırçılıq oldu.

Günaz TV (Güney Azərbaycan TV) mayın 21-i səhər saatlarında Kaliforniya ştatının San Xose şəhərindəki oteldə Əhməd Obalı və oğlu Dənizə hücum xəbərini yayıb. Əhməd Obalının baş, boyun və sinə qəfəsi ağır yaralanmış, vəziyyəti ağır idi. Oğlu Dəniz də yaralanmış və təxminən bir gün sonra hər ikisi əməliyyat olunmuşdur.
Əhməd Obalı İllinoys ştatında yaşayır. O, özünün kafe biznesinə baş çəkmək üçün oğlu Dənizlə birlikdə Kaliforniyaya gedib. Kaliforniyanın San Xose şəhərinin polisi bununla bağlı 6 şübhəli şəxsi həbs edib və işin istintaqına başlayıb.
Azərbaycan hökuməti tərəfindən dəstəklənən bir çox pantürkçü fiqurlar Əhməd Obalının İrandan olan etnik separatçı hərəkatın lideri olduğuna görə İran İslam Respublikasını ittiham ediblər.

Tehrana qarşı ittiham
İngiltərədəki Azərbaycan diasporunun rəhbəri (Azərvaycan hökuməti tərəfindən dəstəklənir) Fəridə Pənahova Əhməd Obalı və həyat yoldaşı Nahidə Obalı ilə görüşdükdən sonra Əhməd Obalının əl və ayaqlarının uyuşması və əməliyyatın müvəffəqiyyəti barədə danışıb. O, bu hücumu mütəşəkkil adlandırıb.
Gamac kimi tanınan Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi bəyanat yayaraq polisin tam araşdırmasını və bu işdə Azərbaycan və Türkiyənin yardımını tələb edib. Bu etnik separatçı hərəkat bu hücumu terrorçu adlandırıb və onun təfərrüatlarının açıqlanmasını tələb edib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının millət vəkili Elçin Mirzəbəyli iddia edib: “Bu hücum Avropada yaşayan türklərin Cənubi Azərbaycan xalqının İran qəzetinin təhqirinə (tarakan karikaturasının nəşri) qarşı qiyamının yatırılmasının ildönümünü qeyd etdikləri zaman həyata keçirilib”.
Bakıdakı Cümhuriyyət qəzetinin baş redaktoru Rafail Becanov və Yeni Musavat internet qəzetinin baş redaktoru Rauf Arifoğlu hücumda İran hökumətini ittiham edərək, bunu fars molla rejiminin nasionalist hökumətinin tərzi kimi qiymətləndiriblər.
Türkiyənin TRT kanalı da Obalını Azərbaycandan qayıdarkən hücuma məruz qalan İrandan olan azəri fəal kimi təqdim edib.

Əhməd Obalının xəstəxanada olması

Şantaj və inkarın araşdırılmasının nəticəsi
Bir həftəlik araşdırmadan sonra San Xose polisi belə nəticəyə gəlib ki, hücumun oteldən kənarda baş verdiyinə dair heç bir dəlil yoxdur. Nəhayət, San Xose polisi Əhməd Obalının ikinci oğlu Dəniz Obalını atasını evində və yatağında öldürmək niyyəti ilə ölümcül hücumda ittiham edərək həbs etdi! Maraqlısı odur ki, Kaliforniya Universitetinin hüquq fakültəsinin tələbəsi Dəniz Obalı bir həftə Amerika polisini aldadıb. Dəniz Obalının atası Əhməd Obalı ilə fikir ayrılığının bu hadisəyə səbəb olduğu deyilsə də, vurulanın həyat yoldaşı Nahidə Obalı hələ də bu məsələni inkar edir.

Əhməd Obalı kimdir?
Əhməd Obalı kimi tanınan Əhməd Yusefi Sadat 1961-ci ildə İranın Ərdəbil vilayətinin Muğan məntəqəsində doğulmuş, atası Ərdəbildə hamam ustası olmuşdur. O, 1980-ci ildə siyasi fəaliyyətinə görə İrandan qaçaraq Türkiyəyə sığınmışdır.

Əhməd Obalının özünü qəsd etmə sabiqəsi
Əhməd Obalı 1984-cü ildə Belqraddan İsveçə getmək istəyən zaman İsveç hökuməti tərəfindən həbs edilmiş və bu ölkənin səlahiyyətliləri onu İrana təhvil vermək niyyətində idilər. O, hava limanının tualetində piyvə butulkası ilə damarını kəsdiyinə görə, insan hüquq müdafiə təşkilatlarının diqqətini özünə cəlb edə bilmişdir. Bu özünə xəsarət yetirmə hadisəsi onun ailəsinin şantajı ilə bağlı fərziyyələri gücləndirir.

Amerika vətəndaşı olan Əhməd Obalı
Əhməd Obalı 1985-ci ildə Amerikaya köçmüş və kilsə xeyriyyə təşkilatlarının köməyi ilə yaşamışdır. Bu köç etmə Əhməd Yusefi Sadat adını dəyişərək Əhməd Obalı kimi Amerika vətəndaşlığı almağa məcbur etdi. Həyat yoldaşı Nahidə Obalı (Kərimli) 1995-ci ildə Bakıdan Amerikaya köçdükdən sonra onunla ailə həyatı qurub. Amerikada yaşadıqdan sonra Gamac-ı təsis edib və 2006-cı ildə Günaz TV-ni açıb. Bu telekanal Amerikadan yayımlanır və Bakıda və İstanbulda bir neçə studiyası var. Türkiyənin “Hürriyyet” qəzeti bir xəbərdə bu telekanalı Amerika Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) ilə əlaqələndirib. Bu hərəkat və televiziya kanalı İrandakı separatizm və etnik münaqişələr məsələsini təqib edir. Buna misal olaraq Abbas Lesani və onun tərəfdarlarını maliyyələşdirməsini göstərmək olar. Bu qrupun təsiri Ərdəbil azəriləri və Astara (İranın) talışları arasında qarşıdurmada və onların əllərindəki böyük soyuq silahlarla Astaraya (İranın) doğru hücum çəkmələri məsələsində görünürdü. Həmçinin İranın Qərbi Azərbaycan vilayətinin Təkab, Urmiya və Poldəşt şəhərlərində azərilərlə kürdlər arasında etnik gərginliklər də bu cərəyanın izləri görünür.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir