Şəhid Məhəmməd Baqir Məhəmməd Baqirovun məzar daşı sökülüb

Cümə 2 İyun 2023 - 11:26
https://az.iswnews.com/?p=22622

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Tacikistan hökumətinin təhlükəsizlik qüvvələri şəhid Məhəmməd Baqir Məhəmməd Baqirovun Xaruğ şəhərindəki məzarını dağıdıb.

Dağlıq Bədəxşan Muxtar Vilayətinin mərkəzi olan Xaruğ şəhərinin yerli mənbələri xəbər yayıb ki, mayın 30-da axşam saatlarında şəhid Məhəmməd Baqir Məhəmməd Baqirovun məzar daşı bu şəhərin təhlükəsizlik qüvvələri tərəfindən dağıdılıb. Bu mənbələr əlavə edib ki, Xaruğ şəhərinin əhalisi hökumətin bu hərəkətindən qəzəblənib.

Tacikistanın ədliyyə orqanları ötən həftə verdiyi qərarla terrorçu kimi tanınan şəxslərin öz məzarlarına sahib olmaq hüququna malik olmayacağını açıqlayıb.

2022-ci il mayın 22-də Bədəxşan əhalisinin Emoməli Rəhmon hökumətinin ədalətsiz rəftarlrına etirazları zamanı Tacikistan hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən sui-qəsdə məruz qalaraq şəhid edilən Məhəmməd Baqir Məhəmməd Baqirov Bədəxşan vilayətinin tanınmış simalarından biri olub.

Daha çox oxuyun: Məhəmməd Baqir Məhəmməd Baqirova qarşı sui-qəsd; Tacikistanın Bədəxşan vilayətində nə baş verir?

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir