Azərbaycan dünyanın diktator ölkələri siyahısındadır

Cümə 2 İyun 2023 - 10:58
https://az.iswnews.com/?p=22615

Amerikanın “Freedom House” institutu bu yaxınlarda vətəndaş azadlıqları, siyasi hüquqlar, internetə sərbəst çıxış və hakimiyyət uğrunda güc nümayişi baxımından dünyanın qara ölkələrinin siyahısını yayımlayıb. Bu qurum Azərbaycan Respublikasını diktator hökuməti kimi və Şimali Koreyadan bir pillə yuxarıda yerləşdirib.

Amerikanın “Freedom House” hüquq institutunun ictimai siyasi hakimiyyətə çıxış göstəricisi əsasında bölgüsü bu ölkə hakimiyyətini dünyanın diktator ölkələri siyahısına salıb. Bu ölkə Şimali Koreyadan cəmi bir pillə yuxarıda, cədvəlin ən aşağısındadır. Bu institut Azərbaycanın diktaturasını və bu ölkədə vətəndaş azadlıqlarının tapdalanmasını təsvir etmək üçün yazıb: “Azərbaycanın avtoritar rejimində hakimiyyət güclü şəkildə 2003-cü ildən prezident olan İlham Əliyevin və onun böyük ailəsinin əlində cəmlənib. Korrupsiya tüğyan edir və rəsmi siyasi müxalifət illərlə davam edən təqiblərlə zəifləyib. Son illərdə hakimiyyət vətəndaş azadlıqlarına qarşı kütləvi basqılar həyata keçirərək, müstəqil ifadə və ya fəaliyyət üçün çox az yer qoyub. 2020-ci ildə Ermənistanla bir neçə həftə davam edən münaqişə zamanı Azərbaycan 2700-dən çox əsgərin ölümü bahasına Dağlıq Qarabağ ərazisinin üçdə birinə və ona bitişik bəzi torpaqlara nəzarəti ələ keçirdi”.

Azərbaycan hökumətinin dünya azadlıqları siyahısında aşağı yeri
“Freedom House” QHT-nin bir neçə göstərici əsasında apardığı bölgüsü göstərir ki, Azərbaycan azadlıq səviyyəsinə görə dünyanın 100 ölkəsi arasında 91-ci yerdədir və cədvəlin axırına yaxındır. Siyasi hüquqlara görə Azərbaycan xalqı dünyanın 40 ölkəsi arasında 38-ci, sorğunun keçirildiyi 60 ölkə arasında isə vətəndaş azadlıqları üzrə 53-cü yeri tutub. Həmçinin Azərbaycan xalqı internetə çıxış baxımından sorğu edilən 100 ölkə arasında 65-ci yerdədir.

Bu qurumun təsnifatı Əliyev hökumətini və Yeni Azərbaycan Partiyasını (YAP) bu ölkənin rəqibsiz hakimiyyəti kimi təqdim edib. Azərbaycan hökuməti Azərbaycandakı xarici qurumlara yüz milyonlarla dollar xərcləməklə, onların işçilərinə yüksək maaş verməklə Qərbin diqqətini cəlb etməyə və qeyd olunan təsnifatlar kimi yerlərdə yüksəlməyə çalışır. Ama Əliyev və Paşayev ailələrinin hakimiyyət üçün can atmaları bu məsələni mümkünsüz edib. Avropa İnsan Haqları Məhkəməsinə və Beynəlxalq Ədalət Məhkəməsinə (Hollandiyanın Haaqa şəhərindəki məhkəmə) çoxsaylı şikayətlərin verilməsi, ardıcıl saxlanılmalar, başqa ölkələrə etnik, dini və siyasi nifrətlərin yayılması, höküməti tənqid edən fəalların həbsi, işgəncə və həbslər bu hakimiyyətin statusunu aşağı salıb. Son üç ildə əsasən dini fəallardan ibarət minə yaxın şəxsin həbsi, ekranda məcburi etirafların edilməsi, ölkə daxilində və xaricində tənqidçilərin təqib olunması bu reytinqə təsirsiz olmayıb. Bu, isə daxildə və xaricdə çoxların diqqətini özünə çəkir və geniş tənqidlərə səbəb olur.

Müharibələrin qurbanları ilə münasibətdə zəiflik
Bundan başqa, Azərbaycanın öz vətəndaşlarına xidmət göstərməkdə mövqeyi o qədər aşağıdır ki, 100 nəfər İkinci Qarabağ Müharibəsi əsgəri və könüllüsü intihara cəhd edib.
Bir müddət əvvəl İkinci Qarabağ müharibəsi və 2016-cı ilin aprel münaqişələri qurbanlarının bir sıra ailələri bu ölkənin Müdafiə Nazirliyinin qarşısına toplaşıb. Onlar ailə üzvlərinin ölümünə görə təzminat ödənilməsini, dəfn mərasimi və qəbirdaşlarının məvacibləri ilə bağlı xərclərin ödənilməsini tələb ediblər və Müdafiə Nazirliyi bu məbləği ödəməkdən imtina edərək, hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmələrini istəyib.

İmmiqrasiya adlanan meyar
Başqa araşdırma tələb etməyən digər bir meyar immiqrasiya statistikasıdır. Bu ölkədə yaşayan 30 etnik millətdən ibarət 10 milyonluq əhalinin təxminən yarısı xaricə getməyə məcbur olub, yaşamaq, işləmək, sığorta və başqa ölkələrin vətəndaşlığını almaqla bağlı çoxsaylı problemlərlə üzləşib. Maraqlıdır ki, hakimiyyətə bağlı media işçi qüvvəsinin qaçmasının ölçülərini araşdırmaq əvəzinə, daim diqqəti başqa ölkələrdə yaşayan erməni diasporuna yönəldir.

40 milyonluq azərbaycanlının prezidenti!
Azərbaycan hökuməti bu dəhşətli statistika ilə öz xəyali modellərində israr etməkdə davam edir və bu fəlakətli vəziyyətlə İlham Əliyev özünü Azərbaycanda, İranda, Gürcüstanda və Rusiyada yaşayan 40 milyon azərinin prezidenti adlandırır!!!
Bu statistikaların əldə olunması aydın edir ki, Azərbaycan prezidentinin taktikası və Ermənistan və Dağlıq Qarabağ erməniləri ilə çoxsaylı gərginlik yaratmaq niyə baş verir. Diktaturalar sırasına daxil olan hakimiyyət, vətəndaşlar qarşısında düzgün hesabatlardan yayınmaq üçün mütəmadi olaraq böhran yaradır ki, bu göstəricilər hamının gözündən yayınsın.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir