Yəmənin Əbyən əyalətindəki Cayşan rayonuna naməlum dronlar hücum edib
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, naməlum dronlar (ehtimal ki, Amerikanın) Əl-Əmaləqə qüvvələrinin Yəmənin Əbyən və Şəbvə əyalətləri arasındakı mövqelərini bombalayıb.
Yerli mənbələrin məlumatına görə, naməlum dronlar dünən, mayın 31-də Əbyən əyalətinin Cayşan rayonunun şimalında Əl-Əmaləqə qüvvələrinin (Yəmənin istefa vermiş hökumətinə tabe olan) mövqelərini bombalayıb. Bu mənbələr əlavə edib ki, dronlar böyük ehtimalla ABŞ-a məxsusdur.
Bu ərazi Şəbvə əyalətinin qərbindəki Marxah Əs-Sufla rayonunun yaxınlığında yerləşir və BƏƏ qüvvələrinin nəzarəti altındadır və ola bilsin ki, Amerika dronları bu ərazidə yerləşən sələfi Əl-Əmaləqə qüvvələrinin hücum edib.
Bu hücumun dəqiq təfərrüatları hələ müəyyən edilməyib və Cənub Keçid Şurasındakı bəzi xəbər mənbələri bu hücumun mahiyyətini Əl-Qaidə silahlılarının raket hücumu kimi qiymətləndirib.
Bu hücumdan əvvəl, 1 dekabr 2022-ci il, 30 yanvar 2023-cü il və 26 fevral 2023-cü ildə üç ayrı hücumda Amerika dronları Mərib şəhərinin ətrafında Əl-Qaidə terror qruplaşmasının tanınmış üzvlərinin sığınacaqlarına hücumlar həyata keçirmişdir. Nəticədə bu qrupun bir sıra üzvləri ölmüş və yaralanmışdır.
Rəy