Tulkərəmdə bir sionist öldürülüb + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, bir neçə fələstinli silahlı şəxsin Fələstinin İordan çayının qərb sahilinin şimalında atışma əməliyyatı nəticəsində bir israilli öldürülüb.
Fələstinlilərin İordan çayının qərb sahilində keçirdiyi sonuncu müqavimət əməliyyatında bir sionist öldürülüb. Sionist Ordu Radiosu bir neçə fələstinlinin Tulkərəmin şimalındakı Haramiş qəsəbəsi ətrafında İsrail təhlükəsizlik qüvvələrinin birinə doğru avtomobilin içindən atəş açaraq, oradan qaçdıqlarını bildirib.
Yerli mənbələrin məlumatına görə, bu sionist sinə və çiynindən güllə yarası aldıqdan sonra tibb mərkəzinə aparılıb, lakin aldığı xəsarətlərin şiddətindən dünyasını dəyişib. Ordu qüvvələri Şabakla əməkdaşlıq edərək bu əməliyyatı törədənləri axtarır.
Bununla bağlı HƏMAS-ın sözçüsü Əbdül Lətif Qanuu açıqlamasında bildirib ki, bu qəhrəmanlıqcasına icra olunan əməliyyatı Fələstin xalqının işğalçı mühacirlər tərəfindən Məscidül-Əqsaya təkrar basqın və hücumlarına qarşı öz torpaqlarını və ziyarətgahlarını müdafiə etmək əzminin sübutudur.
Qeyd edək ki, aprelin 18-də işğal altındakı Qüdsdə yerləşən Şeyx Cərrah məhəlləsində bir fələstinli gənc israilli mühacirlərə məxsus avtomobilə atəş açmışdır. Nəticədə iki sionist ağır yaralanmışdır.
Daha çox oxuyun: Qüdsdə anti-İsrail əməliyyatı keçirilib; İki sionist yaralanıb + VİDEO
Rəy