İran; Hersoqla Əliyevin Bakıdakı danışıqlarının əsas diqqət mərkəzindədir + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail rejiminin prezidenti rəsmi səfər çərçivəsində Bakıya gəlib və Azərbaycan Respublikasının Prezidenti ilə görüşüb söhbət edib.
İsrail rejiminin prezidenti İshaq Hersoq Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə “strateji münasibətləri möhkəmləndirmək” məqsədi ilə mayın 30-da Bakıya gəlib.
İsrail rejiminin prezidenti ilə Azərbaycan prezidenti arasında keçirilən görüşdən sonra mətbuat konfransı keçirilib və tərəflər arasında əməkdaşlıq sənədləri, o cümlədən Bakının Səhiyyə Nazirliyi ilə Təl-Əviv arasında əməkdaşlıq sənədi imzalanıb.
Əliyevlə görüşdən sonra Hersoq özünün Twitter səhifəsində yazıb: “Prezident sarayında səmimi qəbula görə İsrailin əsl dostu olan dostum, Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edirəm. İsrail Azərbaycanı dəyərli strateji tərəfdaş və regional sabitliyin lövbəri hesab edir. Aramızda olan münasibətlər sülh və əməkdaşlıq yolunu seçən digər ölkələr üçün nümunədir və müsəlmanlar və yəhudilər arasında dostluq münasibətlərinin nümunəsidir”.
Həmçinin, İshaq Hersoq Əliyevlə görüşdən sonra mətbuata açıqlamasında deyib: “Regionun təhlükəsizlik strukturunu təhdid edən ölkə İrandır. Bu görüşdə biz bununla bağlı çoxlu məsləhətləşmələr apardıq”.
İlham Əliyev bildirib: “Bu görüşdən sonra biz müsbət dinamikanın şahidi olacağıq. Baxmayaraq ki, biz artıq müxtəlif sahələrdə, o cümlədən kommersiya, təhlükəsizlik və s. çox addımlar atmışıq. Mən tam əminəm ki, əməkdaşlığın artırılması üçün böyük potensial var, lakin hələ görüləsi çox iş var. Təbii ki, biz İsrail prezidentinin Azərbaycana səfərini tarixi səfər kimi qiymətləndiririk”.
Qeyd edək ki, İsrail prezidentinin Bakıya səfəri İran hakimiyyətinin İsrail rejiminin Azərbaycan Respublikasının ərazisini İran İslam Respublikasının milli təhlükəsizliyinə təhlükəyə çevirmək niyyəti barədə bir neçə dəfə Azərbaycana xəbərdarlıq etdiyi bir vaxtda baş tutub. Hersoqun son sözləri və Bakı-Təl-Əviv münasibətlərinin hazırkı vəziyyətinin nəzərdən keçirilməsi onu göstərir ki, Bakı rəsmiləri bu xəbərdarlıqlara məhəl qoymayaraq, gərginliyi, etibarsızlığı gücləndirməyə və bölgədə sionistlərin varlığını artırmağa çalışırlar. Bu məsələ, sionistlərin İran sərhədləri yaxınlığında hazırkı hərəkət və fəaliyyətlərinə İran İslam Respublikasının müvafiq rəsmilərindən ciddi cavab tələb edən məsələdir.
Rəy