Milak-Zaranc sərhəd-keçid məntəqəsi bağlanıb
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Taliban silahlılarının İranın Zabol şəhərinin sərhəd bölgələrinə hücumundan sonra Zaranc şəhəri ilə İran arasında yeganə əlaqə yolu olan İpək Yolu Körpüsü bağlanıb.
Taliban silahlılarının İranın Sistan və Bəlucistan əyalətinin Zabol şəhərinin sərhəd bölgələrinə dünənki (27 may tarixində) hücumundan sonra Milak-Zaranc sərhəd keçid məntəqəsində İpək Yolu Körpüsü bağlanıb.
Bu körpü Əfqanıstanın Nimruz vilayətinin mərkəzi olan Zaranc şəhərini İranla birləşdirən yeganə yoldur. Milak-Zaranc keçid məntəqəsi həm də İran və Əfqanıstan arasında ən işlək sərhəd terminalıdır və Əfqanıstanın cənubunda İranın bu ölkə ilə əlaqələrinin həcminə yüksək təsir göstərir.
Daha çox oxuyun: Zabolun şərqində İran və Taliban arasında sərhəd münaqişəsi baş verib + VİDEO
Rəy