Zabolun şərqində İran və Taliban arasında sərhəd münaqişəsi baş verib + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İranın Zabol şəhərinin şərqində yerləşən Makaki kəndi ətrafında Taliban silahlıları ilə İran sərhədçiləri arasında toqquşma baş verib.
Yerli mənbələrin məlumatına görə, bu gün 27 may tarixində günorta saatlarından etibarən İranın Sistan və Bəlucistan əyalətində yerləşən Zabol şəhərinin sərhəd bölgələrində Taliban silahlıları ilə iranlı sərhədçilər Zabol şəhərinin şərqində yerləşən Makaki, Sasuli və Hatəm kəndlərinin sərhədlərində toqquşub və atışma olub. Hazırda atışma və artilleriya atəşi mübadiləsindən sonra qarşıdurma başa çatıb, tərəflərin sərhədçiləri fikir ayrılıqlarını araşdırır və hələ ki, səbəbi müəyyən edilməyib. Ötən günlərdə Taliban silahlıları İran maşınlarının sərhəddə divarlar çəkməsinə mane olmuşdular və görünür, bu münaqişənin kökləri bu işlərdə dayanır.
Əfqanıstanın Nimruz vilayətindəki yerli mənbələr İran artilleriyasının Zaranc şəhərinin şimal kəndlərinin ətrafında olan hava limanına və yaşayış məntəqələrinə hücum etdiyini iddia etsə də, lakin bu xəbər doğru deyil və İran artilleriyası Taliban mövqelərinə hücum edib. Bu toqquşmalardan yayımlanan videolarda tərəflər arasında atışma müşahidə olunur və İran hərbçiləri ilə Taliban silahlıları arasında itkilərin olmadığı ehtimal edilir. Həmçinin, bu münaqişənin itkiləri və dəymiş ziyanın miqdarı barədə hələlik konkret məlumat verilməyib.
İranın Əfqanıstanın Nimruz vilayətinin mərkəzi olan Zaranc şəhərinə və sərhəd kəndlərinə raket hücumları ilə bağlı yerli və Taliban mediasının çoxsaylı xəbərlərinə baxmayaraq, İran raketlərinin bu əraziləri vurduğunu göstərən heç bir məlumat və ya görüntü dərc olunmayıb və bu xəbər yalandır. Həmçinin Talibanın İran ərazilərində irəliləməsi ilə bağlı xəbərlər doğru deyil.
Zabolun şərqində bu gün baş verən sərhəd toqquşmalarından sonra İranı Polis Qüvvələrinin baş komandanı Sərdar Əhməd Rza Radan bu qurumun sərhəd mühafizə qüvvələrinə sərhədləri şücaətlə və qətiyyətlə müdafiə etməyi, heç kimin sərhədi pozmasına və yaxınlaşmasına icazə verməməyi əmr edib. Bu sərəncamda vurğulanır ki, İran İslam Respublikasının sərhəd qüvvələri istənilən sərhəd pozuntusuna və təcavüzünə qətiyyətlə cavab verəcək və Əfqanıstanın hazırkı rəsmiləri beynəlxalq prinsiplərə zidd, düşünülməmiş hərəkətlərinə görə cavab verməlidirlər.
İran və Taliban arasında sərhəd münaqişəsi bu Hərəkatın 2021-ci ilin avqustunda Əfqanıstan hökumətini ələ keçirməsindən sonra adi hal almış bir məsələdir və Pakistan, Tacikistan, Özbəkistan və Türkmənistan sərhədlərində dəfələrlə baş verib. Talibanın beynəlxalq sərhəd qanunları və qaydalarına tam əhatəsinin olmaması Əfqanıstanın sərhədyanı ərazilərində təhlükəsizliyin, qaçaqmalçılığın yayılmasının və terrorçu qrupların fəaliyyətinin daha da güclənməsinə səbəb olub.
Daha çox oxuyun: İranın xarici işlər naziri: Biz Talibanı tanımırıq + VİDEO
Rəy