Nəsrullah Netanyahuya: İstənilən səhv hesablama regionu partlatacaq

Şənbə 27 May 2023 - 18:04
https://az.iswnews.com/?p=22387

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah cümə axşamı axşam Livanın azad edilməsinin ildönümü (Müqavimət bayramı) münasibəti ilə çıxış edib.

Livanın Hizbullah hərəkatının baş katibi çıxışının əvvəlində bildirib: “Müqavimət və Qurtuluş Bayramı Livanın bu gündə qazandığı böyük qələbəni xatırladan mühüm hadisədir. Ona görə də bu qələbədə iştirak edən hər kəsə, o cümlədən şəhidlərə, yaralılara, məhbuslara, mücahidlərə və onların ailələrinə təşəkkür edirik. Xüsusilə cənubda müqavimətə dəstək verənləri də yüksək qiymətləndirirəm”.

Seyid Həsən Ordu, Livan təhlükəsizlik qüvvələri, Fələstin qrupları və bütün siyasi qurumları təqdir etməklə yanaşı, İran İslam Respublikası və Suriyaya təşəkkür edərək deyib: “Hələ də bütün müqavimət komandirlərinin müqavimətini dəstəkləyən iki ölkə, İran və Suriyadır. Təbii ki, bizim sionist düşmənlə müharibəmizin bitdiyini düşünən hər kəs aldanır, çünki torpaqlarımızın bir hissəsi hələ də işğal altındadır”.

Nəsrullah bu hadisənin yaşadılması və nəsillərin ona bələd olması lazım olduğunu bildirərək, əlavə etdi: “Nəsillər və Livan milləti bilməlidir ki, bu qələbə təmənnasız əldə olunmayıb. Bu qələbəni aşağılamaq niyyətində olanlar var, amma biz bunun qarşısını almalıyıq. 2000-ci ildə İsrailin Livandan və Qəzzadan çəkilməsindən sonra Böyük İsrail deyə bir şey qalmadı”.

Hizbullahın baş katibi deyib: “Sionist rejim hazırda divarlar və atəş arxasında gizlənir və Fələstin xalqı ilə danışıqlarda öz şərtlərini irəli sürmək iqtidarında deyil. Amerika artıq dünyada hegemon deyil və hər şey çoxqütblü dünyaya doğru irəliləyir və İsraili narahat edən də bu, və İsrailin daxili parçalanmasına qarşı müqavimət cəbhəsinin birliyi və gücüdür”.

Nəsrullah İran prezidenti Ayətullah Seyid İbrahim Rəisinin Suriya səfərinə toxunaraq deyib: “Suriyaya qarşı 12 illik dünya müharibəsindən sonra İran prezidentinin bu ölkəyə səfərindəki mövqeyi müqavimət cəbhəsinin birliyini göstərir. Bu gün müqavimət cərəyanında ruh baxımından yüksək səviyyədə olan insan qüvvələri var. Bu cəbhənin insan resurslarının imkanları nə qədər böyük olsa da, İsraildə belə bir qüvvələrin zəifliyini görürük”.

Hizbullahın baş katibi daha sonra bu rejimin baş naziri Benyamin Netanyahu da daxil olmaqla İsrail rejimi rəsmilərinin pafoslu sözlərinə toxunaraq dedi: “Böyük müharibə ilə təhdid edən siz deyilsiniz, biz sizi bu müharibə ilə hədələyirik. İstənilən böyük müharibə bütün sərhədləri əhatə edəcək və yüz minlərlə döyüşçü döyüş meydanlarını dolduracaq. İnsani baxımdan bizim çox yüksək üstünlüyümüz var. Bizim güclü tərəfimiz ideologiya baxımından xeyli tənəzzülə uğramış düşmənin daxili cəbhəsidir”.

O, sionist rejim cəbhəsinin zəiflədiyini və israillilərin qaçmağa hazır olduqlarına işarə edərək, qeyd edib: “Biz hələ də Fələstinin azadlığına, Məscidül-Əqsada namaz qılmağa və İsrail rejiminin məhvinə ümid edirik. Hazırda müqavimət dəstələrinin hərbi imkanları artıb. Livandakı imkanlarımız buna misaldır. Amerika və sionist rejim müqavimət cəbhəsindəki bir qrup və ya partiyanı mail və ya muzdlu hesab etdikləri zaman müharibəni səhv hesablayırlar. Sionist düşmənin üzləşdiyi problemlərdən biri də çəkindirmə məsələsidir”.

Hizbullahın baş katibi Hizbullahın son manevrinə işarə edərək vurğulayıb: “Hizbullahın son manevri onun hazır olmasının sübutudur. Bu məsələ işğal altındakı Fələstində turizmə mənfi təsir göstərir. İsraillilər şekelin (İsrail pul vahidi) dollar qarşısında kəskin ucuzlaşması səbəbindən təhdidlərini dayandırıblar. Düşmən baş nazirə deyirəm ki, siz xəbərdar olun və qiymətləndirmələrinizdə səhvə yol verməyin. Qərb Sahilində, Fələstində, Suriyada və ya İranda bütün bölgənin partlamasına səbəb olacaq bir səhv edə bilərsiniz. Səhv hesablamağınız bölgədə böyük bir müharibə ilə nəticələnə bilər və bu, yəqin ki, sizi məhv edəcək”.

Daha çox oxuyun: Hizbullah İsrail ordusunun Livandan çıxarılmasının ildönümü ərəfəsində hərbi təlim keçirib + FOTO və VİDEO

Ordu, millət və müqavimət bərabərliyinin Livana real dəstək çətiri olduğunu bildirən Seyid Həsən sonda belə qeyd etdi: “Bölgədəki böyük müharibə İsraili məhv edəcək. Regional tənliklər də nikbinliyə səbəb olur. İsrail devriləcək və onun devrilməsi mütləq baş verəcək. Suriyalı qaçqınlar məsələsinə gəlincə, demək lazımdır ki, yüksək səviyyəli nümayəndə heyəti Suriyaya getməli və bu sahədə ciddi danışıqlar aparmalıdır”.

Sitatın sonu

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir