Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı yaralanıb + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı general Valeri Zalujnı Rusiyanın Xerson şəhərinin ətrafına raket hücumu zamanı ağır yaralanıb.
Rusiya mənbələrinin məlumatına görə, Ukrayna silahlı qüvvələrinin Xerson şəhərinin şimal-qərbində yerləşən Posad-Pokrovske bölgəsindəki komanda qərargahına Rusiya tərəfindən raket zərbəsi endirilərkən Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı general Valeri Zalujnı qəlpələrə tuş gəlib və başından yaralanıb. Yaralanandan sonra o, kəllə sümüyündən əməliyyat olunmaq üçün Nikolayev şəhər xəstəxanasına, sonra isə Kiyev hərbi xəstəxanasına yerləşdirilib.
Bu hücum mayın əvvəlində həyata keçirilib və Zalujnı bu tarixdən bəri ictimaiyyətdə görünməyib. Həmçinin, onun əsas xəstəliyi olan ikinci növ diabet, onun müalicə prosesini daha da çətinləşdirib. Odur ki, Zalujnı sağ qalsa, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı vəzifəsində fəaliyyətini davam etdirə bilməyəcəyi istisna edilmir.
Bu xəbərlərə baxmayaraq, Ukrayna Milli Təhlükəsizlik Şurasının və Müdafiə Nazirliyinin rəsmiləri Rusiya mətbuatının iddiasını təkzib edərək, Zalujnının digər ukraynalı komandirlərlə birlikdə son günlər prezident Vladimir Zelenski ilə görüşü olduğunu iddia ediblər.
Ukraynalı generalın 10 may 2023-cü il NATO təşkilatının yüksək səviyyəli komandirlərinin iclasında iştirak etməməsi və köhnə şəkillərin yayımlanması ilə Zalujnının yaralanması və rusların iddiasının həqiqəti ilə bağlı fərziyyələr gündəmə güclənib.
Rəy