İraqda son 40 gündə İŞİD-in hərəkətlərinin təfərrüatları + VİDEO + FOTO

Cümə axşamı 25 May 2023 - 14:43
https://az.iswnews.com/?p=22261

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İŞİD terror qruplaşması son 40 gündə Kərkük, Diyalə, Səlahəddin, Əl-Ənbar və Neynəva əyalətlərinin müxtəlif bölgələrində azı 21 əməliyyat keçirib. Nəticədə 30 nəfər şəhid olub və yaralanıb.

Bu müddət ərzində İraqda İŞİD ünsürlərinin hərəkətlərinin təfərrüatları belədir:

-Aprelin 10-da İŞİD ünsürləri Bici və Hədisə arasındakı yolda İraq ordusunun postuna hücum edərək bir nəfəri yaralayıb.
-Aprelin 10-da İŞİD İraq ordusunun Diyalə əyalətinin Bəhruz rayonunun cənubunda yerləşən postundakı gecəgörmə kamerasını hədəfə alıb və məhv edib.
-Aprelin 12-də İŞİD terrorçuları Bağdadın şimalındakı Tarimiyyə ərazisinin girişində Həşd-Şəəbi qüvvələrinə məxsus avtomobilə hücum edərək ona ziyan vurub.
-Aprelin 15-də İŞİD ünsürləri Səlahəddin əyalətinin Hədisə-Bici yolunda İraq ordusunun postunu RPQ mərmisi ilə hədəfə alıb, bir İraq ordusu əsgərini yaralayıb və gecəgörmə kamerasını məhv edib.
-Aprelin 15-də İŞİD terrorçuları İraq ordusunun Əl-Ənbar vilayətinin Ər-Rətbə şəhərinin şərqində yerləşən Sərii Əs-Seyr məntəqəsini iki minaatan mərmisi ilə hədəfə alıb.
-Aprelin 16-da İŞİD Diyalə əyalətinin mərkəzi olan Baqubanın Əl-Muallimin məntəqəsində polis maşınına maqnit bombası ilə hücum edib, iki nəfər yaralanıb.
-Aprelin 16-da İŞİD ünsürləri Səlahəddin əyalətinin Samirra şəhərinin şimalındakı Surşinas bölgəsi yaxınlığındakı polis bölməsinə hücum edərək gecəgörmə kamerasını məhv edib.
-Aprelin 18-də Səlahəddin əyalətinin Bici şəhərinin qərbində yerləşən Siniyyə adasında İŞİD İraq ordusuna məxsus “Hummer” markalı avtomobilin yolunda bombanı partladıb, sərnişinləri şəhid edib və yaralayıb.
-Aprelin 19-da İŞİD ünsürləri Diyalə əyalətinin Əl-Əbbarə bölgəsi ətrafında polis qüvvələrinə məxsus gecəgörmə kamerasını məhv edib.
-Aprelin 20-də İŞİD terrorçuları Kərkük şəhərində Əl-Viladə körpüsü yaxınlığında İraq polis qüvvələrinin keçdiyi yolda yol kənarına yerləşdirilən bombanı partladıb.
-Aprelin 21-də İŞİD Əl-Ənbar vilayətinin qərbindəki magistral yolda “Əl-Kilu-60” məntəqəsində Həşd-Şəəbi qüvvələrinin maşınına hücum edib və avtomobilə ziyan vurub.
-Həmin gün və eyni ərazidə İŞİD ünsürləri İraq ordusu qüvvələrini daşıyan avtomobilə də hücum edib.
-Aprelin 28-də İŞİD terrorçuları Əl-Kəvayir qəsəbəsi yaxınlığında İraq ordusunun əsgərini əsir götürərək şəhid edib.
-Həmin gün İŞİD Kərkük vilayətinin Həvicə şəhərinin şərqində yerləşən Rəbizə kəndində İraq ordusunun postuna hücum edərək gecəgörmə kamerasını məhv edib.
-Mayın 9-da İŞİD ünsürləri Bağdadın şimalında yerləşən Əl-Tarimiyyənin Əl-Buğnatos kəndində təhlükəsizlik qurumlarının (İŞİD-in casus adlandırdığı) işçilərindən birini qətlə yetirib.
-Mayın 10-da İŞİD ünsürləri Diyalə əyalətinin Mosulun cənubundakı Əl-Həzər bölgəsində İraq ordusunun patrul yolunda yol kənarında yerləşdirilmiş bombanı partladıb, bir zabit də daxil olmaqla 4 nəfər yaralanıb.
-Mayın 11-də İŞİD Neynəva əyalətinin Əl-Nəmrud bölgəsindəki Şənəf kəndində Həşd-Şəəbi qüvvələrinə məxsus patrulla toqquşdu və onlardan 3-nü şəhid etdi, bir neçəsini yaraladı.
-Həmin gün İŞİD terrorçuları Salahəddin əyalətinin Samirra şəhərinin şərqində yerləşən Əl-Sifunə məntəqəsindəki polis bölməsinə hücum edərək iki Hummer avtomobilinə ziyan vurub, gecəgörmə kamerasını məhv edib və köməkçi qüvvələrlə döyüşdən sonra, İraq ordusunun zabiti şəhid olub.
-Mayın 14-də İŞİD ünsürləri Əl-Ənbar magistral yolunda yerləşən Əl-Səkkar yaxınlığında İraq ordusunun karvanına hücum edib.
-Mayın 15-də İŞİD Kərkük vilayətinin Bici şəhərinin cənub-şərqində yerləşən Əbu-Səxra kəndi yaxınlığında İraq ordusunun postuna hücum edib və gecəgörmə kamerasını məhv edib.
-Mayın 17-də İŞİD ünsürləri Diyalə əyalətinin Əl-Miqdadiyyə bölgəsinin Əl-Tayihə kəndi yaxınlığında İraq polis qüvvələrinə qarşı pusqu quraraq iki nəfəri yaralayıb.

İŞİD-in İraqda zəifləmə prosesi səbəbindən bu terror qruplaşmasının ünsürləri son 40 gündə İraqın ordu, polis və Həşd-Şəəbi qüvvələri ilə birlikdə mülki bir şəxsi də hədəfə alıb və əsas magistral nəqliyyat marşrutlarını, xüsusilə Salahəddin və Əl-Ənbar əyalətlərində təhlükəli etmək üçün əməliyyatlar həyata keçirib.

İŞİD-in Kərkük və Diyalə vilayətlərindəki addımların müəyyən edilməsində mühüm rol oynayan gecəgörmə kameralarının məhv edilməsi bu 40 gündə İŞİD-in digər əsas məqsədlərindən biri olub. Son 40 gündə əməliyyatların kəmiyyət və keyfiyyət baxımından zəifliyinə baxmayaraq, coğrafi bölgələrin müxtəlif olması prinsipi onların gündəliyinə salınmışdı.

Qeyd edək ki, bu hesabatda İŞİD-in rəsmi olaraq qəbul etdiyi və elan etdiyi əməliyyatlar və qarşıdurmaların məlumatlarından istifadə edilib. Ona görə də bu hesabatın dərci İŞİD-in iddiasının həqiqiliyi və təsdiqi demək deyil. Həmçinin İŞİD ünsürlərinin itki və ziyanlarının miqdarı barədə məlumat dərc edilməyib.

Bağdadın şimalında yerləşən Tarmiiyyə bölgəsində İŞİD ünsürləri tərəfindən Həşd-Şəəbi avtomobilinin hədəfə alınması
Səlahəddin əyalətində yerləşən Bici şəhərinin qərbində İraq ordusuna məxsus avtomobilin yoluna yerləşdirilmiş bombanın partladılması anı
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir