Yəməndə baş verən son hadisələr, 24 May 2023

Çərşənbə 24 May 2023 - 23:44
https://az.iswnews.com/?p=22221

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Yəmən xalqı Ənsarullahın nəzarəti altında olan bölgələrdə şəhid “Seyid Hüseyn Bədruddin Əl-Husi”nin “Hegemonların üzərinə fəryad” adlı nümayişə dəvətinin ildönümü münasibəti ilə yürüş və böyük bir nümayiş keçirdi.

1- Şəbvə:
Mayın 23-də Əl-Rəvzə bölgəsində Şəbvə Müdafiə Qüvvələrini daşıyan avtomobilin yolunda bombanın partlaması nəticəsində bu qüvvələrin 7 silahlısı yaralanıb. Bu hücumun İslah Partiyası və ya Əl-Qaidə terror qruplaşmasının silahlıları tərəfindən törədildiyi ehtimal edilir. (onlayn xəritədə baxın)

2- Əl-Hudəydə:
Səudiyyə koalisiya qüvvələri bu əyalətdə son 48 saat ərzində atəşkəs rejimini 134 dəfə pozub.

3- Mayın 24-də Yəmən xalqı Ənsarullahın nəzarəti altında olan bölgələrdə şəhid “Seyid Hüseyn Bədruddin Əl-Husi”nin “Hegemonların üzərinə fəryad” adlı nümayişə dəvətin ildönümü münasibətilə geniş yürüş keçirdi. “Qürurluların üstünə qışqır” adlı nümayiş. Yəmən xalqı bu yürüşdə Amerikanın demokratiya və azadlıq şüarlarını batil hesab edib və bu ölkəni Yəmənə qarşı təcavüzün əsas səbəbi adlandırıb. Həmçinin yəmənlilər Amerikanın sülh prosesini əngəlləmək və mane olmalarını qınayıblar.

4- Mayın 23-də Rəşad Əl-Əlimi başda olmaqla istefa vermiş Yəmən hökumətinin Prezident Şurası Riyada səfəri zamanı Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid Bin Salman ilə görüşüb söhbət edib. Bu iclasda İdrus Əl-Zubeidi, Tariq Saleh, Əbdülrəhman Əl-Muhərrəmi, Sultan Əl-Ərradə və bu şuranın digər üzvləri iştirak ediblər.

5- Mayın 22-də İranın xarici işlər nazirinin baş müşaviri Əli Əsgər Xaci BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq ilə video danışıqda Yəmənə humanitar yardımın ötürülməsi qarşısındakı maneələrin aradan qaldırılmasına çağırıb. Bu söhbətdə tərəflər Yəməndə sülh danışıqları prosesini müzakirə ediblər.

6- Mayın 17-də İngiltərənin Yəməndəki səfiri Riçard Oppenheym Səudiyyə Ərəbistanının “Əl-Şərq Əl-Avsat” qəzetinə verdiyi müsahibədə deyib: “Mənim ölkəm Yəmənin parçalanmasını dəstəkləyir. Yəməndə istənilən sülh müqaviləsi cənub məsələsini ehtiva etməli və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq yeni planın verilməsinə istinad etməlidir”.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir