Son günlər Suriyanın şimalında Təhrir Əş-Şam terrorçularına qarşı etiraz aksiyaları keçirilir + VIDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, son günlər Təhrir Əş-Şam terrorçularının nəzarətində olan ərazilərdəki sakinlərin narazılığı bu qruplaşmanın təhlükəsizlik əməkdaşlarının sakinlərə qarşı zorakı hərəkətləri səbəbindən artıb.
Bir neçə gündür Təhrir Əş-Şamın nəzarəti altında olan müxtəlif bölgələr, o cümlədən Kəfr Təxarim, Əl-Bab, İdlib, Babka, Suran, Əl-Səhra, Ətmə, Haritan, Əzaz və xüsusilə Deyr Həsən və digər ərazilərdə Təhrir Əş-Şam terrorçularına qarşı gecə etiraz nümayişləri artıb.
Təhrir Əş-Şamın təhlükəsizlik qüvvələrinin müxtəlif bölgələrin sakinlərinə qarşı hərəkətləri, o cümlədən ciddi təhlükəsizlik tədbirləri, müxalifləri təqib edərək onların evlərinə girmələri və xüsusilə Deyr Həsəndə evlərə basqın etməsi bu bölgələrin əhalisini qəzəbləndirib.
Bu bölgələrdəki bəzi ictimai fəallar Təhrir Əş-Şamı özlərinin Suriya inqilabı hesab etdikləri məqsəddən yayındığını hesab edir və Təhrir Əş-Şamın təhlükəsizlik qüvvələri tərəfindən öz ərazilərində ictimai fəalların həbs edilməsinə və işgəncələrə məruz qalmasına etiraz edirlər.
Etirazçıların bəzi xəbər mənbələri mayın 6-dan mayın 22-nə kimi iki həftə ərzində narazı bölgələrdə keçirilən nümayişlərin sayını 21 nümayiş, nümayişçilərin sayını 154, həbs olunanların sayını isə 52 olaraq qiymətləndirib. Bu statistikada Təhrir Əş-Şamın təhlükəsizlik ünsürlərinin hücumuna məruz qalan evlərin sayı 42-dir.
Qeyd edək ki, Deyr Həsəndə məskunlaşan sakinlər və məcburi köçkünlər bu etirazların əsasını təşkil edir. Buna səbəb isə onların zibil toplanan yüksəkliyin yanında çox pis ekoloji vəziyyətdə olmalarıdır. Təhrir Əş-Şama bağlı rəsmilər isə bu vəziyyətlə əlaqədar lazımi tədbirlər görmürlər.
Rəy