Həşd-Şəəbi Sincarda yeni briqada yaradır

Çərşənbə axşamı 23 May 2023 - 23:04
https://az.iswnews.com/?p=22187

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraqın Həşd-Şəəbi Təşkilatının iki min döyüşçüdən ibarət ikinci briqadası Sincar bölgəsində yaradılacaq.

Kürd mediası Həşd-Şəəbi təşkilatındakı mənbələrə istinadən təşkilatın Nenəva vilayətində yerləşən Sincar şəhərində iki min döyüşçüdən ibarət yeni briqada yaratmaq üçün hərəkətə keçdiyini açıqlayıb.

Bu mənbələrə görə, Həşd-Şəəbi rəhbəri Faleh Əl-Fəyyaz İraqın baş naziri Məhəmməd Şəyya Əl-Sudaninin Sincar şəhərində bu bölgənin yerli əhalisindən ibarətdir yeni briqada yaratmaq üçün razılığını alıb. Həşd-Şəəbi Təşkilatı bundan əvvəl Sincar bölgəsində 2000-dən çox döyüşçüdən ibarət briqada yaratmışdı.

Bu təşkilatın Sincardakı yeni briqadasının yaradılmasının hələ dəqiqləşmədiyi və Sincardan olan yerli könüllülərdən ibarət dörd alaydan olacağı bildirilir. Həmçinin bu yeni briqadanın formalaşdırılması Bədr Təşkilatının komandirlərindən biri və hazırda Həşd-Şəəbi Təşkilatının şimal bölgələri üzrə rəhbərinin müşaviri Murad Şeyx Kaluya həvalə edilib.

Bununla bağlı Kürdüstan Demokrat Partiyasının İraq parlamentindəki nümayəndəsi Məcid Şankali bildirib ki, bu briqada Sincar əhalisi və bu bölgənin ərəblərindən ibarətdir. Bu hərəkət təhlükə sayılır və mən bu barədə aidiyyatı qurumlara məlumat vermişəm.

Qeyd edək ki, Sincar bölgəsi Neynəva əyalətindədir və Mosulun 120 kilometr qərbində yerləşir və sakinlərinin əksəriyyəti yezidilərdir. Hazırda Sincar bölgəsində Həşd-Şəəbi, Sincar Müqavimət Birlikləri (YBS), yerli polis, İraq ordusu və Peşmərgə də daxil olmaqla beşdən çox İraq silahlı qüvvələri və milis qruplarının olduğu bildirilir. Bu qüvvələr bu regionda öz təsirlərini artırmaq üçün illərdir bir-biri ilə mübarizə aparırlar.

Orijinal ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir