Suriyada baş verən son hadisələr, 23 May 2023
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriyanın Hələb vilayətində yerləşən Eyn Əl-Ərəb (Kubani) şəhərinin qərb ətrafında Rusiya hərbi polisi və Türkiyə ordusu qüvvələrinin birgə patrul xidməti həyata keçirilib.
1- Hələb:
– Mayın 19-da Türkiyə ordusunun dronları Hələb vilayətinin Mənbic şəhərinin şimalında yerləşən Mucri Vustani kəndində Suriya ordusu və Suriya Demokratik Qüvvələrinin (SDQ) ortaq qərargahını hədəfə alıb. Hücum zamanı 4 Suriya əsgəri və bir neçə nəfər şəhid olmuş, digərləri yaralanmışdır.
Daha çox oxuyun: Türkiyənin Mənbicə dron hücumu; Dörd Suriya əsgəri şəhid olub
-Mayın 12-də Suriya ordusu Hələbin qərbində yerləşən Kəfərtəal və Kəfərəmə kəndlərindəki terrorçuların mövqeləri artilleriya zərbələri ilə hədəfə alıb.
-Mayın 22-də Suriyanın Hələb əyalətində yerləşən Eyn Əl-Ərəb (Kubani) şəhərinin qərb ətrafında Rusiya hərbi polisi və Türkiyə ordu qüvvələrinin birgə patrul xidməti həyata keçirilib. Bu, Rusiya və Türkiyə arasında Suriyanın şimalında atəşkəs sazişinin imzalanmasından sonra keçirilən 138-ci birgə hərbi patruldur.
2- İdlib:
– Mayın 22-də San bölgəsinin ətrafındakı terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumlarına məruz qalıb.
– Mayın 20-də İdlibin cənubunda yerləşən Məərbalit bölgəsində terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumu ilə hədəfə alınıb.
3- Dəraa:
– Mayın 19-da Mozirib ərazisində iki mülki şəxs naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.
– Mayın 6-da Əl-Hərrak qəsəbəsində hakim naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.
– Mayın 6-da keçmiş terrorçuların üzvü Bəsər Əl-Hərir bölgəsində naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.
4- Deyr əz-Zor:
Mayın 16-da Amerika koalisiya qüvvələri Əl-Əzəbə kəndində patrul xidməti yerinə yetirdi.
5- Raqqa:
– Mayın 17-də Türkiyənin dəstəklədiyi terrorçular artilleriya hücumları ilə M4 magistralını və Eyn-İsa şəhərinin ətraflarını hədəfə aldılar.
– Mayın 16-da Suriya Demokratik Qüvvələri (SDQ) Raqqada iki ayrı təhlükəsizlik əməliyyatı keçirərək 4 İŞİD üzvünü həbs edib.
6- Həsəkə:
Mayın 15-də Amerika koalisiya qüvvələri Malikiyyə bölgəsinin kənarında patrul xidməti həyata keçirib.
7- Təhrir Əş-Şam terrorçularına bağlı Fəth Əl-Mubin əməliyyat otağına yaxın olan xəbər mənbələri aprel ayında Suriya ordusu qüvvələri ilə toqquşmalarının nəticələrini dərc edib.
Daha çox oxuyun: Təhrir Əş-Şam terror qruplaşması apreldə münaqişələrin statistikasını yayımladı + FOTO
8- Mayın 3-də Sudanda qapalı qalan 60-ı uşaq olmaqla 199 Suriya vətəndaşı Suriya vətəndaşlarının Sudandan geri qaytarılması prosesində “Cham Wings Airlines”nın uçuşu ilə Suriyanın paytaxtı Dəməşqə gəlib. Bundan əvvəl mayın 2-də 21-i uşaq olmaqla 191 Suriya vətəndaşı Sudandan təxliyə edilmişdi.
Daha çox oxuyun: Sudandakı vətəndaş müharibəsindən 390-dan çox suriyalı xilas edilib
9- Mayın 7-də ərəb ölkələrinin xarici işlər nazirləri Misirdə keçirilən görüşdə Suriyanın Ərəb Liqasına qaytarılması ilə bağlı razılığa gəliblər.
Daha çox oxuyun: Suriya Ərəb Liqasına qayıtdı
10- Mayın 7-də ərəb ölkələrinin xarici işlər nazirlərinin Suriyanın Ərəb Liqasına qaytarılması qərarından sonra Suriya prezidenti Bəşər Əsəd BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Ali Nihyan ilə telefon danışığı aparıb.
Daha çox oxuyun: Suriya Ərəb Liqasına qayıtdıqdan sonra Bəşər Əsəd və Bin Zayed telefonla danışıblar
11- Mayın 7-də İordaniya ordusunun qırıcıları narkotik ticarəti ilə mübarizə bəhanəsi ilə Dəraa əyalətinin Xarab Əş-Şəhm bölgəsindəki bir emalatxananı və Suveyda əyalətinin Əl-Şaab bölgəsindəki bir evi hədəfə aldılar.
Daha çox oxuyun: İordaniya qırıcıları Suriyanın cənubuna hücum edib + FOTO və VİDEO
12- Mayın 9-da Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi bir elanda Səudiyyə Ərəbistanı və Suriyanın qardaşlıq bağına görə və ortaq ərəb fəaliyyətlərini genişləndirmək və regionda təhlükəsizlik və sabitliyi gücləndirmək istəyinə uyğun olaraq Səudiyyə Ərəbistanı diplomatik nümayəndəliyinin fəaliyyətini bərpa etmək qərarına gəldiyini elan etdi.
Daha çox oxuyun: Səudiyyə Ərəbistanının Suriyadakı səfirliyinin fəaliyyəti bərpa edilib + FOTO
13- Mayın 10-da Suriyadakı hadisələri araşdırmaq və Ankara ilə Dəməşq arasındakı fikir ayrılıqlarını həll etmək məqsədi ilə Moskvada İran, Rusiya, Türkiyə və Suriya xarici işlər nazirlərinin dördtərəfli görüşü baş tutdu. Bu görüşün mühüm nailiyyətlərindən biri, görüşdən əvvəl Türkiyə və Suriya xarici işlər nazirlərinin görüşü olub.
Daha çox oxuyun: Suriya və Türkiyə xarici işlər nazirlərinin 12 ildən sonra Moskvadakı görüşü + FOTO
14- Suriya Kəşfiyyat Təşkilatının rəhbəri Hələbdə Türkiyənin dəstəklədiyi terrorçuların komandirləri ilə görüşüb və onlarla Dəməşq və Ankar arasında münasibətlərin normallaşması prosesini müzakirə edib.
15- Mayın 18-də Türkiyə Kəşfiyyat Təşkilatının qüvvələri Bab Əl-Havi keçidində yerləşən təhlükəsizlik mərkəzində Təhrir Əş-Şam terrorçularının üzvləri ilə gizli görüş keçirib.
Daha çox oxuyun: İdlibdə Türkiyə ilə Təhrir Əş-Şam terrorçuları arasında kəşfiyyat görüşü baş tutub!
16- Mayın 18-də Suriya prezidenti Bəşər Əsəd Ciddədəki Kral Əbdüləziz Beynəlxalq Hava Limanına daxil oldu və Səudiyyə Ərəbistanı rəsmiləri tərəfindən qarşılandı. Bəşər Əsədin Səudiyyə Ərəbistanına səfərindən bir gün sonra, cümə günü Ciddədə ərəb dövlət başçılarının 32-ci iclası keçirilib və Səudiyyə mediasının məlumatına görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman görüşdən əvvəl Suriya prezidentini rəsmi şəkildə qarşılayıb.
Daha çox oxuyun: Suriya prezidentinin 12 ildən sonra Səudiyyə Ərəbistanına səfəri + FOTO və VİDEO
17- Mayın 19-da Suriya prezidenti Bəşər Əsəd Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşüb və bəzi ikitərəfli və regional məsələləri müzakirə edib.
Daha çox oxuyun: Suriya prezidentinin Səudiyyə Ərəbistanının vəliəhdi ilə görüşü
18- 23 may tarixində Çexiya xarici işlər nazirinin keçmiş müavini professor Peter Drulak ABŞ-ın Suriya ərazilərini işğal etdiyini təsdiqləyib və deyib: “Bu, ABŞ-ın öz müdaxilələri ilə Avropaya qonşu ölkələrdə çoxlu müharibələrə və qeyri-sabitliyə səbəb olduğunu göstərən beynəlxalq hüququn açıq şəkildə pozulmasını ifadə edir”. Drulak Çexiyanın CNN Prima News telekanalına müsahibəsində deyib: “Birləşmiş Ştatların müdaxilələri və təcavüzləri üçün təqdim etdiyi bütün əsaslandırmalar onu Yuqoslaviyadan tutmuş Yaxın Şərqə və digər ölkələrdə törətdiyi əməllərə görə məsuliyyətdən azad etmir”.
Rəy