Səudiyyə Ərəbistanında Tunis və Suriya prezidentləri arasında görüş keçirilib
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Səudiyyə Ərəbistanında ərəb liderlərinin görüşü çərçivəsində Suriya və Tunis prezidentləri görüşüb və müzakirələr aparıblar.
Suriya prezidenti Bəşər Əsəd mayın 19-da Səudiyyə Ərəbistanının Ciddə şəhərində tunisli həmkarı Qeys Səidlə görüşüb və danışıb.
Tunis prezidenti bu görüşdə suriyalı həmkarına deyib: “Siz bizim qardaşlarımızsınız və sizi incidən şey bizi incidir. Biz Suriyanın terrorla mübarizədə və xarici müdaxilənin qarşısının alınmasında uğurlarından çox məmnunuq. Suriya düşmənlərinin məqsədi bu ölkəni parçalamaq idi, lakin Suriya xalqı heç vaxt belə bir şeyə yol verməz”.
Suriya prezidenti həmçinin bildirib ki, Suriya və Tunis qaranlıq əleyhinə birlikdədirlər və Dəməşq Tunislə əlaqələrin bərpasını alqışlayır. O, Suriya ilə Tunis arasındakı münasibətləri tarixi hesab edib.
Bəşər Əsəd vurğulayıb ki, iki ölkə arasında əlaqələr təkcə siyasi və iqtisadi müstəvidə deyil, həm də mədəni-intellektual müstəvidə və iki xalq arasında əlaqələr genişləndirilməlidir.
Xatırladaq ki, Suriya prezidenti Bəşər Əsəd 12 ildən sonra Ərəb Liqası liderlərinin 32-ci iclasında iştirak etmək üçün 2023-cü il mayın 18-də Səudiyyə Ərəbistanının Ciddə şəhərinə daxil oldu. Bəşər Əsədin Qeys Səidlə görüşü də bu iclasın kənarında baş tutub.
Daha çox oxuyun: Suriya prezidentinin 12 ildən sonra Səudiyyə Ərəbistanına səfəri + FOTO və VİDEO
Rəy