Türkiyənin Mənbiçə dron hücumu; Dörd Suriya əsgəri şəhid olub

Şənbə 20 May 2023 - 20:32
https://az.iswnews.com/?p=22066

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə ordusunun Suriya ordusu və Suriya Demokratik Qüvvələrinin Mənbic şəhərinin şimalında yerləşən ortaq qərargahına dron hücumu nəticəsində 4 Suriya əsgəri şəhid olub, bir neçəsi isə yaralanıb.

Mayın 19-da Türkiyə ordusunun dronları Hələb vilayətinin Mənbic şəhərinin şimalındakı Mucri Vustani kəndində Suriya ordusu və Suriya Demokratik Qüvvələrinin (SDQ) ortaq qərargahını hədəfə alıb. Bu hücum zamanı 4 Suriya əsgəri şəhid olub və bir neçə nəfər yaralanıb.

Yerli mənbələrin məlumatına görə, Türkiyə dronları bu qərargahın qarşısında dayanmış iki avtomobili hədəfə alıb və məhv edib. Hələlik əlavə təfərrüatlar açıqlanmayıb.

Qeyd edək ki, Türkiyə dronlarının Suriyanın şimal bölgələrinə hədəfli hücumları 2022-ci ildən və Türkiyə, İran və Rusiya arasında keçirilən üçtərəfli görüşdən sonra artıb və belə hücumların ən çoxu 2022-ci ilin noyabrında qeydə alınıb. Suriyada yerləşən araşdırma qrupunun məlumatına görə, Türkiyə silahlı qüvvələri 2022-ci ildə Suriyanın şimal-şərqində ən azı 130 dron hücumu həyata keçirib ki, bu da 2021-ci illə müqayisədə 46% artım deməkdir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir