İmam Xomeyninin planı Böyük İsrail lahiyəsini məhv etdi

Cümə 19 May 2023 - 15:55
https://az.iswnews.com/?p=22046

Böyük İsrail planı çoxlarına məlumdur. Yəhudilərin əqidəsinə görə, Allah, Nildən Fərata qədər olan torpaqlarda Böyük İsrail dövlətinin qurulacağını vəd edib. Bu səbəbdən sionist yəhudilər var gücləri ilə Misirdən başlayaraq, Türkiyə və İranın da bir hissəsini əhatə edən dövləti qurmaq üçün bütün güclərini toplayıblar. İsrail bu istiqamətdə çox ciddi cəhdlə işləyir. Bu İsrailin planıdır və internetdə axtarış aparmaqla bu barədə kifayət qədər məlumat əldə edə bilərsiz.

İndi isə, İmam Xomeyninin müqavimət dünyasının gələcəyi barədə planına nəzər salaq.

İmam Xomeyni 23 noyabr 1988-ci il tarixli çıxışında Bəsicin, yəni, könüllü islam ordusunun ümumdünya patensialı və nəhəng əhatə dairəsi haqqında buyurur: “İslam dünyasının bəsicləri, yəni könüllüləri böyük İslam hökuməti yaratmaq haqqında düşünməlidirlər və bu mümkündür. Çünki, könüllülər yalnız İran İslam Cümhuriyyəti ilə məhdudlaşmır. Bütün dünyada müqavimətin özəyi qurmaq və Şərqlə Qərbin qarşısında dayanmaq lazımdır”.

İndi isə, kimin və hansı əqidənin öz məqsədinə çata bildiyi barədə müasir dünya səhnəsini analiz edək.

Qondarma İsrail dövlətinin yaranmasından 30 il sonra İranda İslam İnqilabı baş verdi. Bu vaxtdan etibarən İran İslam Cümhuriyyəti ilə israil rejimi arasında çox ciddi mübarizə başladı. Həm İmam Xomeyni, həm də İsrail gələcək üçün çox böyük planlar cızmışdı.

Qondarma İsrail dövlətinin bu işə 30 il əvvəl başladığını nəzərə alsaq, məntiqlə onların uğurları daha çox olmalı idi. İndi isə dünyanın siyasi reallığına nəzər salaraq, kimin daha çox uğur qazandığını analiz edək.
İsrail 74 il ərzində böyük dövlət qurmağa çalışmasına baxmayaraq, heç Fələstinin bütün ərazisini işğal edə bilməyib. Təxminən 400 min əhaliyə və cəmi 55 kvadrat kilometr əraziyə malik olan, hər tərəfdən iqtisadi blakadada yaşayan Qəzzə kimi kiçik bir şəhəri öz ərazisinə qata bilməyən İsrailin böyük dövlət qurması nə qədər real görünür?

Bir vaxtlar Qəzzənı işğal edən İsrail, sonradan müqavimət səbəbindən bu kiçik məntəqədən geri çəkilməli oldu. Dünya bank sahəsini və valyuta ehtiyatlarını əlində saxlayan, Amerika kimi arxa dayağı olan İsrail, böyük dövlət planına görə Suriya, Fələstin və Livanda böyük qırğınların əsas səbəbkarıdır.

İsrail, Amerika, Türkiyə, Səudiyyə Ərəbistanı və Avropa dövlətləri birləşərək, Suriyada Bəşər Əsədi devirmək və bu yolla İranla Hizbullah arasındakı koridoru nəzarət altına alaraq, müqavimət cəbhəsini məğlub etmək və bu torpaqları İsrail ərazisinə qatmaq üçün ciddi planlara start verdi. Dünyanın müxtəlif yerlərindən topladıqları yırtıcı təbiətli insanları silahlandıraraq, İŞİD kimi qaniçən terror təşkilatları yaratdılar. Ərəblərin pulu, Türkiyənin təlimləri, ingilisin siyasəti, Amerika və İsrailin ciddi dəstəyi ilə hücuma keçən vahabilər, demək olar ki, Suriya və İraqın əksər hissəsini işğal etdilər.

Artıq Bəşər Əsədin hakimiyyətdən gedəcəyi hər kəsə məlum idi. Hətta, iranlı generallar Ayətullah Xameneiyə bildirmişdilər ki, artıq Suriya hökümətini müdafiə etməyin mənası yoxdur və bu ölkə nəzarətdən çıxıb. Bu hərbiçilərin öz etiraflarında qeyd etdikləri əsasən bildirmişdilər ki, vahabilər bütün ölkəni işğal edib və hətta, Bəşər Əsədin iqamətgahına doğru irəliləyirlər. Bundan sonra görüləcək işlər mənasızdır. İmam Xamenei isə, təmkinini pozmadan cavabında sadəcə bir söz dedi: “Əsədi müdafiə edin”.

General Qasim Süleymani müxtəlif millətlərdən ibarət müqavimət qrupları yaradaraq, Suriyanın müdafiəsində dayandı. Beləcə qanlı döyüşlərlə Suriya torpaqlarının əksər hissəsini vahabi işğalından azad etdilər. Həmçinin İraqda Həşd-Şəəbi adında könüllü müqavimət qrupu yaradıldı. İranın ciddi dəstəyi ilə, bu müqavimət qrupu zamanla İşid vahabi terrorçularını İraq torpaqlarından qovub çıxartdı. Əslində bu iş bir möcüzəyə bənzəyir. Bütün dünyanın birləşərək görmək istədiyi işin qarşısını yalnız İran İslam Respublikası aldı. Bütün dünya Bəşər Əsədin getməli olduğunu dediyi bir vaxtda, İmam Xamenei “Bəşər Əsəd Qalacaq” dedi. Beləliklə Müqavimət dəstələri İsrailin planlarını pozdu və nəticədə İsrail, Suriya və İraq torpaqlarından vaz keçməli oldu.

Bunun əvəzində İsrailin göz dikdiyi həmin torpaqlarda İmam Xomeyninin planları həyata keçdi. Hal-hazırda İraq və Suriyada müqavimət dəstələri söz sahibidir.

Müasir dünyada İsraildən başqa, ermənilər, türklər, kürdlər və bir çox başqa millətlər böyük dövlət iddiası edib. Lakin, onların heç biri məqsədinə çata bilmədi. Nə ermənilər “Böyük Ermənistan” dövləti qura bildi, nə türklər “Turan” dövləti yarada bildi, nə də kürdlər “Böyük Kürdüstan” qurmağa nail oldu. Yaxın keçmişdə ərəblər də millətçilik prinsiplərinə əsasən birlik yaratmaq istəyirdilər. Bu plana start verən Səddam Hüseynin də sonunun necə olduğu hamıya məlumdur. 6 günlük müharibə zamanı İsraillə bacara bilməyiən ərəb dünyasının bu planları elə xəyal olaraq da qaldı.

Bu gün Pakistandan Nigeriyaya qədər olan ərazilərdə müqavimət ideologiyası geniş yayılıb. Əfqanıstanlılardan ibarət Fatimiyyun, pakistanlılardan ibarət Zeynəbiyyun, azərbaycanlılardan ibarət Hüseyniyyun, Livanda Hizbullah, Suriyada müxtəlif müqavimət briqadaları, Yəməndə Ənsarullah, İraqda Həşd-Şəəbi, Səudiyyə və Bəhreyndə gizli müqavimət dəstələri və Fələstin müqavimət qruplarının mövcudluğu, İmam Xomeyninin məqsədinə nə qədər çatdığının bariz nümunəsidir.

Müqavimət qrupları İsrailin məntəqədə həyata keçirmək istədiyi bütün planları alt-üst etdi. İndi İsrailin göz dikdiyi torpaqlarda İmam Xomeyninin cızdığı planlar əsasında yaradılan müqavimət dəstələri, elə İsrail və Amerikanın özünə qarşı mübarizə aparır. Qeyd etdiyimiz məsələlər nə quran ayəsi, nə də hədis deyil ki, istədiyiniz formada məna verəsiz. Sözü gedən məsələ dünyanın reallığıdır. Dediklərimizi düşmənlər də təsdiqləyir və müqavimət qruplarının mövcudluğu hamıya bəlli olan məsələdir.

Beləliklə İsrailin arzusunu çəkdiyi torpaqlarda İmam Xomeyninin planına əsasən qurulan müqavimət dəstələri İslam düşmənləri qarşısında at oynadır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir