İdlibdə Türkiyə ilə Təhrir Əş-Şam terrorçuları arasında kəşfiyyat görüşü baş tutub!

Cümə 19 May 2023 - 15:30
https://az.iswnews.com/?p=22042

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə Kəşfiyyat Təşkilatı qüvvələri Suriyanın İdlib əyalətində Təhrir Əş-Şamın terrorçuları ilə gizli görüş keçirib.

Mayın 18-də Türkiyə Kəşfiyyat Təşkilatının qüvvələri Bab Əl-Havi keçidində yerləşən təhlükəsizlik mərkəzində Təhrir Əş-Şam terrorçuları ilə gizli görüş keçirib.

Dörd saata yaxın davam edən bu görüşdə tərəflər Təhrir Əş-Şamın xarici ünsürlərinin İdlib bölgəsində olmasını, həmçinin xarici qadın və uşaqların olmasını müzakirə ediblər.

Bu görüşdə Təhrir Əş-Şam terrorçularının Türkiyə Kəşfiyyat Təşkilatına göndərdiyi və İdlibdə xarici ünsürlərin olması ilə bağlı müfəssəl statistik məlumatları özündə əks etdirən hesabatlar müzakirə edilib. Həmçinin Təhrir Əş-Şam həbsxanalarındakı əcnəbi məhbusların probleminin həlli yolları müzakirə olunub. Bildirilir ki, Təhrir Əş-Şam bir sıra avropalı və asiyalı məhbusları Türkiyə tərəfinə təhvil verməyə razılaşıb.

Görünən odur ki, belə bir məsələnin Rusiya və Qərb ölkələri üçün əhəmiyyətini dərk edən Türkiyə, bölgənin gələcəyi ilə bağlı mümkün danışıqlarda onlardan istifadə etmək məqsədi ilə İdlibdə xarici ünsürlərin varlığını saxlamağa çalışır.

Xatırladaq ki, 2023-cü il yanvarın 6-da Türkiyənin müdafiə naziri Hulusi Akarın İdlibdə M4 avtomobil yolunda Türkiyə ilə Rusiya arasında birgə patrul əməliyyatına başlaya biləcəyi ilə bağlı açıqlamasından sonra Türk Kəşfiyyatı qüvvələri ilə Təhrir Əş-Şam komandirləri və üzvləri arasında Bab Əl-Havi keçidində gizli görüş keçirilmişdir.

Daha çox oxuyun: Türkiyə Təhlükəsizliyi Xidmətinin əməkdaşları Təhrir əş-Şam terrorçuları ilə görüşüb

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir