Bəşər Əsəd bu gün Səudiyyə Ərəbistanına gedir
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi bu gün 18 may cümə axşamı prezident Bəşər Əsədin Səudiyyə Ərəbistanına səfərini elan edib.
Suriya prezidenti Ərəb Liqası liderlərinin görüşündə iştirak etmək üçün bu gün cümə axşamı 18 may tarixində Ciddəyə yola düşür.
“Sana” Suriya prezidenti aparatından sitat gətirərək yazıb: “Bəşər Əsəd sabah (cümə) Ciddədə keçirilməsi planlaşdırılan Ərəb Liqası liderlərinin 32-ci iclasında iştirak etmək məqsədi ilə bu gün Səudiyyə Ərəbistanına yola düşür”.
Əsədin bu görüşdə iştirakı Suriyanın on ildən çox davam edən müharibə, sanksiyalar və təcriddən sonra ilk dəfədir.
Mayın 7-də Ərəb Liqasının xarici işlər nazirləri fövqəladə iclasda Dəməşqin bu regional qurumdakı üzvlüyünün dayandırılmasını və ya başqa sözlə, Suriyanın Birliyə qaytarılmasını ləğv etmək qərarını elan etdilər. Bundan sonra dünya mediası ərəb ölkələrinin diplomatik rəsmilərinə istinadən xəbər yaymışdır ki, Bəşər Əsəd bu qərardan sonra ərəb ölkələri başçılarının ilk iclasında iştirak edəcək.
Dünən 17 may tarixində Suriya xarici işlər nazirinin köməkçisi Ayman Sosan bildirmişdir ki, bu ölkə prezidenti cümə günü Ciddədə Ərəb Liqası rəhbərlərinin iclasında iştirak edəcək.
Daha çox oxuyun:
Suriya Ərəb Liqasına qayıtdı
Səudiyyə Ərəbistanının Suriyadakı səfirliyinin fəaliyyəti bərpa edilib + FOTO
Rəy