Oxucu sualı: Əl-Əmaləqə qüvvələri kimlərdir?

Şənbə 22 Yanvar 2022 - 03:30
https://az.iswnews.com/?p=220

Əl-Əmaləqə qüvvələri 2017-ci ildən bəri Səudiyyə koalisiyasının komandanlığı altında təşkil edilən və Yəmən müharibəsində iştirak edən köhnə Yəmən milis qruplaşmalarındandır.

Ərəb mədəniyyətində Əl-Əmaləqə və ya Əmaliq və … bədən quruluşu cəhətdən güclü və böyük insanlara deyilir. Tarix boyu yəhudilər də düşmənlərini Əmaliq adlandırıblar və Əmaləqəni düşmənləri üçün sifət hesab ediblər. Bu termin sonuncu dəfə yəhudi liderlərinin çıxışında 2010-cu ildə iranlıları yeni Əmaləqə adlandıran Benyamin Netanyahu tərəfindən işlədilib.

Amma Yəməndə Əl-Əmaləqə Qüvvələri 1971-ci ildə İbrahim əl-Həmdinin prezidentliyi dövründə general-mayor Həsən əl-Ömərinin təklifi ilə yaradılan silahlı qruplaşmadır.
Əl-Əmaləqə qüvvələri 1994-cü ildə vətəndaş müharibəsində Şimal Alyansına dəstək üçün Cənubi Sosialist separatçıları ilə vuruşublar. Əbyən əyalətində cənublularla Əl-Əmaləqə qarşıdurması cənubluların məğlubiyyətinə və digər döyüşlərdə güclərinin tükənməsinə səbəb oldu və Yəmən tam olaraq Əli Abdullah Salehin nəzarətinə keçdi.
Əl-Əmaləqə qüvvələri Səədədə altı mərhələli döyüş zamanı Əli Abdullah Saleh tərəfindən də istifadə edilmişdir. Onlar Səədə və Yəmənin şimalında şəhid “Seyid Hüseyn Bədruddin əl-Husi” tərəfdarlarına qarşı müxtəlif döyüşlərdə vuruşublar. Əl-Əmaləqə qüvvələri daha sonra Yəmən ordusunun digər briqadalarına paylanıb və praktiki olaraq dağıldı.

Yəmən inqilabından və Ənsarullahla Əbd Rəbə Mənsur Hadi tərəfdarları arasında döyüşlərin başlamasından sonra Əl-Əmaləqənin bir sıra keçmiş komandirləri Səudiyyə koalisiyasının dəstəyi ilə öz qruplarını yenidən təşkil edib və Yəmənin cənub bölgələri döyüşlərində iştirak etdilər. Səudiyyə koalisiyasının Yəmənin qərb sahilinə hücumu zamanı Əl-Əmaləqə qüvvələrinin təşkilatçılığı genişlənib və onların rolu ilə qurudan hücum həyata keçirilib.
Əl-Əmaləqə qüvvələrinin əsas təşkilatçılığı BƏƏ tərəfindən təşkil edilir və onun qüvvələrinin əksəriyyəti BƏƏ tərəfindən cəlb olunur. Bu qruplaşmanın əsas hissəsini Dəməc vəhhabiləri, Təiz əyalətindəki Əbu əl-Abbas taborları, Yəmənin cənubundakı Yafe məntəqəsindən Ləhic əyalətinəcən olan sələfilər təşkil edir.
Səudiyyə koalisiyasının mediası Əl-Əmaləqə qüvvələrinin sayını təxminən 30 min nəfər söyləyirlər. Lakin bu qüvvələrin Yəməndə yerləşdiyi yerlərdən asılı olaraq onların sayı 15-20 min arasında təxmin edilir.
Əl-Əmaləqənin Ədən və Ləhicdə bazaları var və son bir neçə aya qədər onlar Əl-Hudəydə və Təiz cəbhələrində yerləşmişdilər. Lakin Əl-Hudəydədə üç illik döyüşlərindən sonra onlar Səudiyyə koalisiyasının əmri ilə əl-Hudəydədən geri çəkilərək Şəbvə və Mərib cəbhələrinə göndərildilər.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir