İraqın Neynəva vilayətində PKK-nın qərargahına Türkiyənin dron hücumu nəticəsində 3 nəfər həlak olub + FOTO və VİDEO

Çərşənbə 17 May 2023 - 23:02
https://az.iswnews.com/?p=21958

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraqın Neynəva əyalətinin qərbində yerləşən Sincar şəhərinin ətrafında Türkiyəyə məxsus dronun hücumu nəticəsində 3 PKK əsgəri həlak olub.

Mayın 16-da Türkiyə ordusunun dronu Kürdüstan Fəhlə Partiyasının (PKK) Sincar şəhərinin ətrafında yerləşən Xanasur bölgəsində yerləşən qərargahını hədəfə alıb və bu zaman 3 PKK əsgəri həlak olub.

Bununla bağlı İraqın Kürdüstan Bölgəsi də bəyanat yayaraq elan edib: “Türkiyə dronu Kürdüstan Fəhlə Partiyasına aid Sincar bölgəsindəki bazanı hədəfə alıb və bu hücum Kürdüstan Fəhlə Partiyasının üç döyüşçünün ölümü ilə nəticələnib”.

Bu hadisənin təfərrüatları hələlik açıqlanmayıb.

Qeyd edək ki, 2023-cü il martın 1-də Türkiyə dronları Sincar şəhərində avtomobili hədəfə almış və bu zaman Sincar Müqavimət Qüvvələrinin (YBS) cəbhə komandirlərindən biri cangüdəni ilə birlikdə həlak olmuşdur.

Daha çox oxuyun: Türkiyənin Sincara yenidən dron hücumu; İki YBS üzvü öldürülüb + FOTO

Hadisə yerindən video
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir