Sionist rejim ordusunda İran bölməsinə yeni rəhbər təyin edildi; İsrailin İrana qarşı əməliyyat yanaşmasında dəyişiklik?! + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrailin müdafiə nazirinin razılığı ilə Eliezer Toledano bu rejim ordusunda İran bölməsinin rəhbəri təyin edilib.
İsrailin müdafiə naziri Yoaf Gallant, 15 may tarixində Ordu Baş Qərargahının rəisi Herzi Halevinin Eliezer Toledanonun Strateji Departamentin və Üçüncü Bölmənin (Buraya bu rejimin Silahlı Qüvvələrinin Baş Qərargahında İran bölməsinin məsuliyyəti daxildir) rəisi təyin etmək təklifi ilə razılaşıb. Halevin həmçinin Yaron Vinkelmanı İDF-nin Cənub Diviziyasının yeni komandiri təyin edib.
2018-ci ilin oktyabrından 2020-ci ilin avqustuna qədər Toledano İsrail ordusunun Qəzza bölməsinə rəhbərlik edib. 2021-ci ilin martında o, İsrail ordusunun cənub bölməsinin komandiri vəzifəsinə təyin edilib. O, İsrail rejiminin baş naziri Benyamin Netanyahuya yaxın adamlardan biridir və 2015-2018-ci illərdə onun hərbi müşaviri olub.
Rütbə və hərbi təcrübə baxımından Toledano mühafizəçilərdən və xüsusi əməliyyat qüvvələrindən biri hesab olunur və Paraşütçülər Briqadası, Magellan Bölməsi (Livan Müharibəsi zamanı), 226-cı Briqada və Qəzza Diviziyasına komandanlıq edib.
Maraqlıdır ki, sionist ordusunun keçmiş strateji idarəsi və Üçüncü Bölmə rəhbərləri yarandığı gündən hava qüvvələri arasından seçiliblər və Toledanonun xüsusi əməliyyatlar üzrə təcrübəsi və bacarığı ilə seçilməsi İsrailin İrana qarşı operativ hərbi əməliyyatlarındakı dəyişikliyə dəlalət edə bilər.
İsrail rejimi ordusunun strateji departamentinin və Üçüncü Bölməsinin yeni rəhbəri çox radikal və müqavimətə qarşı olan bir şəxsdir. Ona görə də ola bilsin ki, bu vəzifəyə təyin olunduqdan sonra İran daxilində və ya İranın bölgədəki mövqelərinə qarşı tədbirlər planlaşdırıb həyata keçirsin.
Rəy