Ermənistan İran dronlarından istifadə edir?
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, son günlər Azərbabycan mediasında dezinformasiyalar yayımlanaraq Ermənistanın əleyhimizə İran dronlarından istifadə etdiyi iddia olunur.
2022-ci ilin dekabr ayında Ukraynadan Azərbaycana Şahid-136 kamikadze dronlarının qalıqlarının gətirildiyi barədə məlumat yayımlanmışdır. İran-Azərbaycan münasibətlərinin kəskin gərginləşmə dövrünün başladığı vaxtlarda, lazımsız dəmir parçalarının ölkəmizə gətirilməsi əbəs yerə deyildi.
Azərbaycan hökuməti Ermənistanla hərbi toqquşmalar zamanı, ələ düşən ilk fürsətdə, bu qalıqları nümayiş etdirərək, guya Ermənistanın İran dronlarından istifadə etdiyi mənzərəsini yaratmaq istəyir. Beləliklə, İlham Əliyev iki ölkə xalqaları arasında səpilən süni nifrət və ədavət toxumlarının cücərməsinə münbit şərait yaratmağa çalışır. Lakin, düşmənlərimiz sanki naşıcasına ittiham irəli sürməyə adət edib.
“Calibr” saytı, 11 may tarixində, Azərbaycan və Ermənistan arasında toqquşmalar barədə məlumat yayıb. Məlumatda Ermənistan silahlı qüvvələrinin ordumuza qarşı kamikadze dronlardan istifadə etdiyi yazılır. Xəbərin sonunda bildirilir ki, “ilkin məlumata görə, söhbət İran istehsalı olan dronlardan gedə bilər”.
Gördüyünüz kimi, “Calibr” qəti şəkildə İran dronlarından istifadə edildiyini demir və sadəcə zərərli bir fikir olaraq, ehtimal səsləndirir. Sionistlərin nəzarətində olan bu xəbər saytı, Azərbaycan xalqında İrana qarşı kin və nifrət yaratmağa hesablanmış yalan məlumatlar yayır.
11 may tarixində “Baku TV” youtube kanalı, “Calibr”-ə istinadən videofarmatda Azərbaycan və Ermənistan arasındakı hərbi gərginliyi şərh edib. “Calibr”-ə istinad edən “Baku TV”, əslində mənbədə olan məlumatı təhrif edərək, Ermənistanın İran dronlarından istifadə etdiyini sadəcə “Calibr”-in ehtimalı olaraq yox, qəti bir xəbər kimi xalqa sırayır.
Bundan əlavə, Azərbaycan dövlət televiziyası olan AZTV-də öz növbəsində xəbərlər proqramını “Youtube” sosial şəbəkəsinə həmin başlıqla yerləşdirib.
Sionistlərin nəzarətində olan Azərbaycan mediasının elə sionistsayağı taktikası çox hiyləgərcəsinə hesablanıb. “Calibr” “siyasi yük”-dən yayınmaq üçün hiyləgər fikirləri sadəcə bir ehtimal olaraq yazır ki, sonradan heç bir idarə və ya qurum, bu saytı yalan məlumat yaymaqda ittiham edə bilməsin.
Digər media vasitələri və televiziya kanalları isə, “Calibr”-ə istinad etməklə, Ermənistanın İran dronlarından istifa etməsi barədə tam qəti fikir səsləndiriblər. Maraqlısı budur ki, “Calibr”-in saytında belə ifadə olmadığı halda, həm “Baku TV”, həm də “AZTV” bu qəti fikri həmin sayta istinadən yayımlayıb.
Kompüter arxasında oturan bir muzdlunun yazdığı bircə cümlənin nəticəsi olaraq, artıq milyonlarla insanlar İranın Azərbaycana qarşı istifadə etmək üçün Ermənistana dronlar verdiyini düşünür. Düşmənlər media vasitəsilə çox sadə üsullarla istədikləri şər və böhtanı rahat şəkildə xalq arasında yayaraq, insanları psixoloji olaraq İrana qarşı müharibəyə hazırlayır.
Rəy