Pakistandakı etirazlardan sonra Təhrik-e-Taliban tərəfindən ilk terror aktı törədildi + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Təhrik-e-Cihad Pakistan terror qruplaşması (Təhrik-e-Talibanın qanadlarından) silahlılarının Pakistan ordusunun Bəlucistan əyalətindəki sərhəd mühafizə bazasına hücumu nəticəsində 30-dan çox pakistanlı əsgər həlak olub və yaralanıb.
Təhrik-e-Taliban Pakistan (TTP) terror qruplaşmasının Bəlucistan əyalətinin Seyfullah qalası bölgəsində yerləşən Müslim Bağ qəsəbəsində Pakistan Ordusu (FC) sərhəd qüvvələri bazasına hücumundan sonra 14 pakistanlı əsgər həlak olub, 16-dan çox insan yaralanıb.
Təhrik-e-Taliban Pakistan sözçüsü Molla Qasimin sözlərinə görə, Təhrik-e-Cihad Pakistan (TJP) qruplaşmasının (Təhrik-e-Talibanın alt qrupu) altı silahlısı mayın 12-si cümə günü səhər saat 02.00-da Qala Seyfullah bölgəsində Pakistan ordusunun sərhəd mühafizə bazasına hücum edib. Bu hücumun əvvəlində Qari Həmzə adlı hücumçulardan biri kamikadze hücumu həyata keçirməyə cəhd edib, daha sonra beş Təhrik-e-Cihad silahlısı bazanın digər hissələrinə daxil olaraq, bu bazanın bəzi hissələrini nəzarətə götürüb, bəziləri isə orada olan insanları girov götürüb və Pakistan əsgərləri ilə toqquşub.
Bu münaqişədən sonra Pakistanın Müdafiə Nazirliyi Bəlucistan Ordusunun komandanı general Asif Qafuru hücumun planlaşdırılması və Müslim Bağ bazasına nəzarəti ələ keçirməsi üçün məsul etdi və 12 saat davam edən döyüşdən sonra general Qafurun qüvvələri bölgəni təmizləməyə müvəffəq oldu və bütün Təhrik qrup silahlıları öldürüldü.
Bu hücum Şahbaz Şərif hökuməti ilə İmran Xan arasındakı siyasi gərginlikdən və Əfqanıstan Talibanının xarici işlər naziri Əmir Xan Müttəqinin İslamabada son səfərindən sonra Təhrik-e-Taliban Pakistanın bu ölkənin hökumət qüvvələrinə qarşı ilk əməliyyatıdır. Həmçinin bu hücum, hökumət və Təhrik-e-Taliban arasında atəşkəs razılaşması üçün Müttəqinin vasitəçiliyi ilə bağlı fərziyyələrin ehtimal verilməsindən sonra baş tutub. Əlbəttə ki, bu hücum birbaşa Təhrik-e-Taliban tərəfindən həyata keçirilməyib və onun icraçıları Təhrik-e-Taliban-ın müstəqil alt qruplarından biri olan Təhrik-e-Cihad silahlıları olub, lakin bu, şübhəsiz ki, Pakistan hökuməti ilə Təhrik-e-Taliban arasında gələcək danışıqlara ciddi təsir edəcək.
Daha çox oxuyun: Nə üçün Təhrik-e-Taliban və digər silahlı qruplar Pakistandakı son gərginliyə müdaxilə etmədilər?
Rəy