İslami Cihad Hərəkatının baş katibi beş günlük müharibənin başa çatdığını elan etdi; Ən-Nəxxalə: Müqavimətin bütün dəstəkçilərinə təşəkkür edirik
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Fələstin İslami Cihad hərəkatının baş katibi Fələstin müqaviməti ilə İsrail arasında atəşkəs razılaşmasını və hazırkı döyüşün bitdiyini açıqlayıb.
Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Ən-Nəxxalə mayın 14-ü səhər saatlarında İsrail ordusu ilə Fələstin müqavimət dəstələri arasında 5 günlük müharibənin başa çatması münasibəti ilə çıxış edib.
Ən-Nəxxalə Azadələrin Qisası adı altında sionist rejimlə qarşıdurmanın növbəti mərhələsinin başa çatmasına işarə edərək dedi: “Biz bu mərhələdə Cihad hərəkatına və onun cəsur batalyonlarına varlığı çox dəyərli olan ən əziz övladlarımızı və şəhid liderlərimizi itirdik. Onların şəhadəti mübarizə yolumuzun işığı olacaq. Sionist rejim tərəfindən şəhid olan çoxlu əzizlərimizi itirdik. Onların hamısını fəxrlə yola saldıq”.
O, deyib: “Fələstin xalqı, o cümlədən şəhid olan və ya canları və övladları da daxil olmaqla, ən əziz mallarını qurban verən böyük rəhbərlər və Saraya Əl-Qüds komandirləri heç vaxt məğlub olmayacaqlar. Onlar Qüds bayrağını ucaltmağa və onun azadlığı üçün mübarizəyə davam edəcəklər. Sionistlər istəyirdilər ki, biz qardaşlarımızın və ailələrimizin qanını tapdaq altına atıb və susub, zillət və zülmlə canımızı satın alaq. Onların yolu ilə, əsgər çəkmələri altında həyatımızı davam etdirməyimizi istəyirdilər. Lakin Fələstinin cəsur və qəhrəman mücahidləri qalib Qüds batalyonlarından ayağa qalxaraq qanımızı tapdalamaqdan imtina etdilər”.
Ən-Nəxxalə Fələstin xalqının çoxlu şəhidlər və maddi itkilər verdiyini, lakin bu vəziyyətin buna dəyər olduğunu vurğulayaraq, bildirdi: “Xalqımızın mesajı onların yaşadığı bütün şəhərlərinin raketlərimiz mənzili nəzarətində olduğu son beş gündəki kimi olmalıdır. Saraya Əl-Qüds və Fələstin müqavimətindən atılan raketlər nəticəsində siz hamınız onların izdihamla sığınacaqlarda gizləndiyini və ya avtobus dayanacaqlarının altında gizləndiyini seyr etdiniz”.
İslami Cihad Hərəkatının baş katibi bu günlərin Fələstin xalqı üçün şərəf və fəxr günləri olduğunu bildirərək, belə deyib: “Bəli, Saraya Əl-Qüds və onun cəsur döyüşçüləri bu döyüşdə müqavimətin öndərləri və oxu ucu kimi idilər, lakin müqavimət bütün dəstələri ilə güclü idi. Saraya Əl-Qüdsdə igid döyüşçülərimizin müqaviməti dayanıqlı divara bənzəyirdi. Düşməndən bu fürsətdən istifadə edərək bizi ayırmasına icazə vermədik və baş verənlərə dözdük ki, müqavimət mövqeyi vahid və möhkəm qalsın. Budur, biz bu döyüşdən silahlarımızla çıxırıq və döyüşçülərimiz hələ də meydandadır və hər zaman istənilən təcavüzə qarşı mübarizəyə hazırdır”.
O, sonda əlavə etdi: “Müqavimət və Saraya Əl-Qüdsün yanında olanlara, başda İran İslam Respublikası, Hizbullah, Misir və Qətərdəki qardaşlarımız olmaqla, bizim təcavüzü lazımınca idarə edə bilməmiz üçün çox səy göstərənlərə təşəkkür edirəm”.
Qeyd edək ki, sionist rejim ordusunun Qəzza zolağına hücumları mayın 9-u səhər saatlarında Qalxan və ox adlanan əməliyyat çərçivəsində Əl-Qüds qərargahının üç yüksək rütbəli komandirinin şəhid edilməsi ilə başlayıb və 13 may tarixinin son saatlarınadək. Müxtəlif tərəflərin təzyiqləri və Fələstin müqavimət dəstələri ilə İsrail rejiminin razılığından sonra, saat 23:00 radələrində (Fələstin vaxtı ilə) tərəflər arasında atəşkəs razılaşması yerinə yetirilsə də, bəzi yerlərdə ara-sıra toqquşmalar davam edirdi. Nəhayət, Fələstin İslami Cihad Hərəkatının baş katibinin çıxışı ilə bu münaqişələr sona çatdı və Qəzzada sionist rejim ordusu ilə Fələstin müqavimət dəstələri arasında atəşkəs icra mərhələsinə daxil oldu.
Daha çox oxuyun:
Azadələrin Qisası əməliyyatının başlanması; Fələstin müqavimətinin işğal olunmuş ərazilərə raket hücumu + VİDEO və FOTO
İsrailin Qəzzaya hava hücumunda Sərayəl-Qüds komandirləri şəhid oldu + VİDEO və FOTO
Qəzzada Saraya Əl-Qüds raket bölməsinin komandiri İsrail tərəfindən hədəf alınaraq şəhid edilib + FOTO və VİDEO
Rəy