Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Səkkizinci Günü, 3 Mart 2022
Rusiyanın Ukraynada hərbi əməliyyatlarının başlaması
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Birinci Günü, 24 Fevral 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin İkinci Günü, 25 Fevral 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Üçüncü Günü, 26 Fevral 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Dördüncü Günü, 27 Fevral 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Beşinci Günü, 28 Fevral 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Altıncı Günü, 1 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Yeddinci Günü, 2 Mart 2022
-Rusiya aviasiyası Xarkovda Şevçenko zavodunun binasına hava zərbələri endirib.
-Rusiyanın hava hücumlarından bir neçə dəqiqə sonra çəkilən Xarkovdan fotoşəkil.
Rusiyanın hava hücumları nəticəsində Xarkovda qaz kəməri yanıb. Bu hücumda ölənlərin sayı barədə məlumat yoxdur.
-Bu gün Belarusda Rusiya və Ukrayna arasında danışıqların yeni mərhələsi keçiriləcək.
Rusiya xarici işlər naziri Lavrov dünən deyib: “Rusiya Kiyevlə danışıqlarda təhlükəsizlik təminatlarını müzakirə etməyə hazırdır”.
-Yaponiya hökuməti dörd Rusiya bankının əmlakını donduracaq.
-Kiyevdə güclü partlayış anının videosu.
Rusiyanın Kiyevdə hava hücumu xəbərdarlığından sonra etdiyi hava hücumunun partlayış anı.
-Kiyevdə baş verən parlayışın başqa videoları.
Rusiya Müdafiə Nazirliyi Kiyevin Lisaya Qora rayonunda radio və televiziya stansiyasına yüksək dəqiqliklə hücum edildiyini açıqlayıb. Rusiyanın məlumatına görə, Ukrayna təhlükəsizlik xidməti bu stansiyadan yalan məlumat yaymaq üçün istifadə edib. Hücum nəticəsində insan tələfatı və yaşayış binalarına ziyan dəyməyib.
-Rusiya hərbi gəmiləri Krım sahillərində.
Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, dörd su-quru qayığı və üç raketatar gəmi Krımın cənub sahilləri Odessaya yaxınlaşıb.
-Bu gün martın 3-də BMT-nin Qaçqınlar üzrə Ali Komissiyası Rusiyanın hücumundan sonra son bir həftə ərzində Ukraynanı bir milyon qaçqının tərk etdiyini açıqlayıb və münaqişə dərhal sona çatmasa, daha çox milyonlarla insanın Ukraynanı tərk edəcəyi barədə xəbərdarlıq edib.
-Rusiyanın Çerniqov şəhərindəki əraziyə etdiyi hücum nəticəsində şəhərin neft çənləri yanıb. Yerli vaxtla saat 08:10 radələrində baş verən hücum nəticəsində 5 min kvadratmetrlik 6 yanacaq çəni yanıb.
-Luqansk qüvvələri Ukrayna hərbçilərindən ələ gətirilən qənimətlərin görüntülərini yayımlayıb.
-Ukraynanın paytaxtı Kiyev yaxınlığındakı Qustomel hava limanından video.
Hava limanında Rusiya və Ukrayna hərbçiləri arasında baş verən qarşıdurmalar nəticəsində dünyanın ən böyük təyyarəsi olan An-225 məhv edilib.
-Rusiyanın Ukraynanın şimalındakı Çerniqov şəhərindəki əraziyə raket hücumunun videosu.
Hadisə yerindən yayılan görüntülər və videolardan görünür ki, yaşayış və mülki binalara ciddi ziyan dəyib.
-Bir neçə dəqiqə əvvəl Belarusun qərbində Rusiya və Ukrayna arasında danışıqların ikinci mərhələsi başlayıb.
Rəy