Seyid Həsən Nəsrullah: Hizbullah Fələstin müqaviməti ilə daim təmasdadır

Şənbə 13 May 2023 - 20:54
https://az.iswnews.com/?p=21774

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah cümə günü axşam Seyid Mustafa Bədruddinin şəhadətinin ildönümü ilə bağlı çıxış edib.

Livanın Hizbullah hərəkatının baş katibi çıxışının əvvəlində müqavimət qüvvələrinin işğal olunmuş Fələstində sionist rejimlə müharibəsindən bəhs edərək, Qəzza zolağında bir sıra müqavimət komandirlərinin şəhadətini təbrik edib və başsağlığı verib. O, həmçinin Fələstin İslami Cihad hərəkatının yüksək rütbəli üzvü Xizr Adnanın şəhadətini xatırladıb və müqavimət qüvvələrinə başsağlığı verib.

Hizbullahın baş katibi çıxışının davamında Şəhid Seyid Mustafa Bədruddinin fədakarlıqları və nailiyyətlərindən danışaraq dedi: “Şəhid Zülfiqar, cəbhədə döyüş nişanı, qazilər nişanı, əsirlik nişanı, komandanlıq nişanı, nailiyyətlər və qələbələr nişanı və nəhayət şəhidlik nişanını öz sinə sancdı. Şəhid dərin dərrakəyə, bəsirətə və strateji zəkaya malik idi. Komandirlərimizin çoxunda belə keyfiyyətlər var”.

Nəsrullah deyib: “Livandakı hadisələri bölgədəki dəyişikliklərdən uzaq müzakirə edə bilmərik. Livandakı hadisələri bölgədəki proseslərdən uzaq müzakirə etmək olarmı? Regional hadisələri dünya hadisələrindən uzaqda təhlil etmək olarmı? Faktları düzgün araşdırmalı, fantaziyalardan uzaq olmalıyıq. 1982-ci ildə İsrailin Livanda qalacağını düşünən və Livanda İsrail dövrünə qədəm qoyan hər kəs səhvini başa düşdü və səhv hesablamalara əsaslandığı üçün analitikaları uğursuz oldu. Bəzilərinin İran və Suriya ilə bağlı bəyanatlarını dəyişməsi təbiidir, çünki onların təsəvvürləri yanlış idi”.

Livan Hizbullahının baş katibi çıxışının başqa bir hissəsində qeyd edib: “Qəzza zolağına qarşı hazırkı təcavüzü Saraya Əl-Qüdsdəki qardaşlarımızı qətlə yetirməklə, onların arvad və uşaqlarını öldürməklə başlayan Netanyahu olub. Sionist rejimin cinayətləri ilə bağlı dünyanın susması təəssüf doğurur. Amerika Təhlükəsizlik Şurasında İsrailin pislənməsinin qarşısını aldı”.

Seyid Həsən Nəsrullah daha sonra deyib: “Netanyahunun təcavüz motivi açıq və aydındır: 1- Çəkindirici gücünü dirçəltmək və onu bərpa etmək 2- Daxili böhrandan xilas olmaq 3- Kabinet koalisiyasının parçalanması və ixtilaflarının aradan qaldırılması 4- Siyasi və seçki vəziyyətini yaxşılaşdırmaq. Netanyahunun hesablamaları uğursuz oldu. Onların niyyəti İslami Cihadı hədəfə almaq və Fələstin qruplarını parçalamaq və müqavimət qüvvələri arasında fitnə yaratmaq idi. Onlar Saraya Əl-Qüdsün əsas komandirlərini vurmaq və raket bölməsinin birbaşa komandanlığını aradan qaldırmaq istəyirdilər”.

Hizbullahın baş katibi əlavə edib: “Netanyahu bu planla İslami Cihadın hərbi komandanlığının dağılacağını və Qəzzaya qarşı çəkindirici gücünün bərpa olunacağını düşünürdü. İslami Cihadın rəhbəri bu hərəkatın hərbi qolunun komandirlərinin öldürülməsindən sonra uzaqgörənlik və soyuqqanlılıqla addım ataraq Kətaib Əl-Qəssam komandanlığı ilə məsləhətləşdi ki, müqavimətin mövqeyi vahid və bir olsun. Düşmən İslami Cihadın reaksiyasını gözləyirdi və müqavimət dəstələrinin komandanlığı soyuqqanlılıqla hərəkət etdikdə düşmən əl-ayağa düşdü”.

Nəsrullah bildirdi: “Döyüş soyuqqanlılıq və uzaqgörənliklə idarə olundu və bu məsələ düşməni öz məqsədlərinə çatmaqda uğursuzluğa düçar etdi. Fələstində və regionda müqavimət hərəkatlarının güclü tərəfləri arasında onların infrastrukturlarını tez bir zamanda yeniləməkdə böyük gücə malik olmalarıdır. Müqavimət komandirlərinin öldürülməsinə baxmayaraq, bölgədəki müqavimət dəstələri zəifləməyib. Onlar nəinki zəiflədilər, əksinə tökülən bu saf qan müqavimətə təkan verdi. Saraya Əl-Qüds komandanlıq infrastrukturunu sürətlə yeniləyərək, Təl-Əvivin cənubuna və Əl-Qüdsə raket zərbələri endirərək düşməni təəccübləndirib və diqqətini yayındırdı”.

O, daha sonra dedi: “Qəzza müqaviməti düşməni öz məqsədlərinə çatmaqda məğlub edə bildi. Sahə və siyasi təzyiqlərə baxmayaraq, Fələstin müqaviməti zəifləməyib. Qəzza müharibəsi vacibdir və onun təsiri təkcə Qəzza zolağına deyil, həm də regiona aiddir. Biz Qəzza zolağındakı müqavimət komandirləri ilə daim təmasdayıq, vəziyyəti və hadisələri izləyirik. Müəyyən həddə köməklik edirik, amma hər an bilsək ki, üzərimizdə bir məsuliyyət var, inşallah heç bir addımdan əl çəkməyəcəyik”.

Seyid Həsən Nəsrullah dedi: “Suriya öz yerində qaldı və nə mövqeyi, nə də cəbhəsi dəyişmədi. Suriyanın Ərəb Liqasına qayıtması və prezident Əsədin Ərəb sammitinə dəvət edilməsi mühüm işarədir. İran prezidenti Seyid İbrahim Rəisinin Suriyaya səfəri İran və Suriya arasında müxtəlif səviyyələrdə strateji əlaqələri göstərir. Bu gün Türkiyə seçkilərində Suriya məsələsi ciddi şəkildə müzakirə olunur və seçkidə qələbə üçün namizədlər Dəməşqlə əlaqədar öz baxış və mülahizələri uğrunda yarışır. Suriyadakı hər siyasi qələbə və ya mənəvi uğur əldə olunduqda, Mustafa Bədruddinin və Suriyadakı bütün şəhidlərin üzünü və qəribçiliyimizi xatırlayırıq. Dünya bizi Suriyanı dəstəklədiyimiz üçün tənqid edirdi. İndi baş verən hər bir irəliləyiş və uğurla təbrik edilənlər də bizik”.

O, daha sonra deyib: “Amerika Suriyanın neft və qazını oğurlayır və Sezar qanununda və Suriyanın blokadasında israr etməkdə davam edir. Suriyada vəziyyət yaxşılaşır və keçmiş çətin günlər geri qayıtmayacaq. Livanla Suriya arasında münasibətlərin normallaşacağı gözlənilir. Livandakı işlərə Hizbullah rəhbərlik etsəydi, Suriya ilə münasibətlər çoxdan normallaşardı. Hökumətdən Dəməşqlə münasibətləri normal vəziyyətə gətirməsi gözlənilir, çünki bu münasibətlərin bərpa edilməsi Livana faydalıdır. Suriyalı qaçqınların problemi mediada çıxış etməklə, şərh verməklə həll edilə bilməz”.

Hizbullahın baş katibi vurğulayıb: “Livan hökumətinin sədrliyi məsələsi ilə bağlı son dəyişikliklər müsbətdir. Bizim üçün keçmiş nazir Süleyman Faranciyə təsadüfi namizəd deyil, təbii və ciddi namizəddir. Biz heç kimi hansısa namizədin adını verməyə məcbur etmirik və istənilən partiya namizəd kimi istədiyi adı irəli sürə və prezident seçkisi üçün parlamentə gedə bilər. Prezidentlik məsələsi ilə bağlı dialoq və razılaşma hələ də açıqdır. Bütün çətinliklərə, problemlərə baxmayaraq, hökumət öz işində qalmalı, qanun çərçivəsində üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Biz onlara təşəkkür edirik”.

Sitatın sonu

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir