Qəzzada Saraya Əl-Qüds raket bölməsinin komandiri İsrail tərəfindən hədəf alınaraq şəhid edilib + FOTO və VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Saraya Əl-Qüds raket bölməsinin komandiri sionist rejimin Qəzza zolağına hava hücumu zamanı şəhid olub.
Mayın 11-də səhər saatlarında İsrail rejiminin ordu qırıcıları Qəzza zolağının cənubunda yerləşən Xan Yunisdəki Həməd qəsəbəsindəki evi bombalayıb. Bu hücum zamanı İslami Cihad hərəkatının hərbi qolu olan Saraya Əl-Qüdsün hərbi şurasının üzvü və raket bölməsinin rəhbəri Əli Həsən Ğali daha iki nəfərlə birlikdə şəhid olub.
Bu hücumdan bir neçə dəqiqə sonra Xan Yunisdə Saraya Əl-Qüds hərbi şuranın üzvü və İslami Cihad hərəkatının hərbi qanadının raket bölməsinin rəhbəri Əbu Məhəmməd ləqəbli Əli Həsən Ğalinin yaşayış evinin bombalanması nəticəsində şəhid olduğu təsdiqlənib.
İsrail qırıcılarının şəhid Əli Həsən Ğalinin şəhid edilməsi əməliyyatında GBU 39 idarə olunan bombadan istifadə etdiyi bildirilir. Həmçinin əməliyyat mərkəzində olan İsrail Ordusunun Baş Qərargah rəisi və Şabak Xidməti bu sui-qəsd əməliyyatına şəxsən nəzarət edib.
Bu hücumdan sonra Fələstinin Qəzza zolağındakı Səhiyyə Nazirliyi çərşənbə axşamı günündən dünən sübh saat 10:00-dək sionist düşmənin bu zolağa hücumları nəticəsində 25 fələstinlinin şəhid olduğunu açıqlayıb. Xəsarət alanların sayı isə 76 nəfərə çatdığını bildirib.
Qeyd edək ki, mayın 9-da səhər saatlarında sionist rejim qırıcıları Qəzza zolağında əraziləri bombalayıb və bu vəhşi cinayətdə 13 nəfər, o cümlədən Saraya Əl-Qüdsün üç komandiri, bir neçə qadın və uşaq şəhid olmuşdur.
Daha çox oxuyun: İsrailin Qəzzaya hava hücumunda Sərayəl-Qüds komandirləri şəhid oldu + VİDEO və FOTO
Rəy