“Fatimiyyun və yeni dünya düzəni” – Beynəlxalq konfrans + FOTO

Cümə axşamı 11 May 2023 - 19:06
https://az.iswnews.com/?p=21650

Bu konfransda müxtəlif ölkələrdən olan müqavimət cəbhələrinin nümayəndələri iştirak edirdilər. Hüseyniyyun Müqavimət Hərəkatını isə bu konfransda Şeyx Tohid İbrahimbəyli, Şeyx Musa Əsədzadə və Şeyx Orxan Məmmədov təmsil etdilər.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin İran medialarına istinadən verdiyi məlumata görə, dünən (10.05.2023) Əfqanıstan şiələrindən ibarət Fatimiyyun Ordusunun yaranmasının ildönümü münasibətilə İran İR-nın müqəddəs Qum şəhərində “Fatimiyyun və yeni dünya düzəni” adlı beynəlxalq konfrans baş tutdu.

Bu konfransda müxtəlif ölkələrdən olan müqavimət cəbhələrinin nümayəndələri iştirak edirdilər. Hüseyniyyun Müqavimət Hərəkatını isə bu konfransda Şeyx Tohid İbrahimbəyli, Şeyx Musa Əsədzadə və Şeyx Orxan Məmmədov təmsil etdilər.

Bu mərasimdə Ayətullah Mohsin Əraki, İraq “Əhdullah” Hərəkatının baş katibi Höccətül-İslam vəl-müslimin Seyyid Haşim Əl-Heydəri, Fələstin İslami Cihad Hərəkatının İrandakı nümayəndəsi Nasi Abu-Şərif və Fatimiyyun Ordusunun yüksək rütbəli komandiri Seyid İlyas (cihadi ad) çıxış etdi.

Fatimiyyun ordusunun şəhid komandirlərinin ailələri konfransın xüsusi qonaqları idilər.

“Ümumdünya Şəbabul-Muqavimət Cəbhəsi” tərəfindən təşkil edilən bu mərasimin sonunda Əhli-Beyt (ə) məddahı Hacı Mehdi Rəsuli pak nəfəsi ilə məclisi zinətləndirdi.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir