Səudiyyə Ərəbistanının Suriyadakı səfirliyinin fəaliyyəti bərpa edilib + FOTO

Çərşənbə 10 May 2023 - 19:15
https://az.iswnews.com/?p=21640

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Suriyadakı diplomatik missiyasının fəaliyyətini bərpa edəcəyini açıqlayıb.

Mayın 9-u axşam saatlarında Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi bir elanda Səudiyyə Ərəbistanı ilə Suriyanın qardaşlıq bağına görə və ortaq ərəb fəaliyyətlərini genişləndirmək və ölkədə təhlükəsizlik və sabitliyi gücləndirmək istəyinə uyğun olaraq Səudiyyə Ərəbistanı bölgədəki diplomatik missiyanın fəaliyyətini davam etdirməyə qərar verdiyini elan etdi.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi ərəb ölkələrinin Xarici İşlər Nazirləri Şurasının bu yaxınlarda keçirilmiş qərarlarının icrasına uyğun olaraq və bunun əsasında Suriya nümayəndə heyətinin Ərəb Liqasının iclaslarında iştirakını bərpa etdiyini açıqlayıb.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin açıqlaması

Qeyd edək ki, Suriyanın xarici işlər naziri Feysəl Əl-Miqdad səudiyyəli həmkarının dəvəti ilə aprelin 12-də Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfər edib və xarici işlər nazirinin müavini Vəlid bin Əbdül Kərim Əl-Xarici ilə görüşüb və müzakirələr aparmışdır. Bu görüşdən bir gün sonra Suriya və Səudiyyə Ərəbistanı diplomatik münasibətləri gücləndirmək məqsədilə iki ölkə arasında konsulluq xidmətləri və uçuşları bərpa etdiklərini açıqlamışdılar.

Daha çox oxuyun: Suriya xarici işlər naziri 12 ildən sonra Səudiyyə Ərəbistanına səfər etdi + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir