İsrailin Qəzzaya hava hücumunda Sərayəl-Qüds komandirləri şəhid oldu + VİDEO və FOTO

Çərşənbə axşamı 9 May 2023 - 21:30
https://az.iswnews.com/?p=21593

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejim qırıcılarının Qəzza zolağına hücumu nəticəsində 13 nəfər, o cümlədən İslami Cihad hərəkatının üç hərbi komandiri şəhid olub, 20 nəfər yaralanıb.

Mayın 9-da səhər saatlarında “Qalxan və ox” adı ilə tanınan əməliyyatda sionist rejim qırıcıları Qəzza zolağında əraziləri bombalayıb və bu vəhşi cinayətdə bir neçə qadın və uşaq olmaqla 13 nəfər şəhid olub.

Hücumdan bir neçə dəqiqə sonra Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan Sərayəl-Qüds bəyanat yayaraq, sionist rejim qırıcılarının Qəzza zolağına bugünkü hücumu zamanı onun üç yüksək rütbəli komandirinin şəhadətini elan edib.

Sərayəl-Qudsun bəyanatına görə, Sərayəl-Qüds hərbi şurasının katibi Cihad Şakir Qənnam, hərbi şuranın üzvü və Sərayəl-Qudsun şimal bölgəsinin komandiri Xəlil Salah Əl-Bəhtini, və İordan çayının qərb sahilindəki Sərayəl-Qudsun hərbi komandirlərindən olan Şəhid Tariq Məhəmməd İzzuddin bu hücumda şəhid olublar.

Bununla əlaqədar olaraq sionist ordusunun sözçüsü 40 qırıcı təyyarəsinin səhər tezdən Qəzzaya hücumlarda və İslami Cihad komandirlərinin öldürülməsində iştirak etdiyini açıqlayıb. O, Qəzzaya qarşı hazırkı hərbi əməliyyatın davam edəcəyini və bir neçə gün davam edə biləcəyini bildirib.

Sionist rejim mənbələri bir sıra İslami Cihad komandirlərinin şəhid edilməsindən sonra sionist ordusunun cənub sərhədlərində tam döyüş hazırlığı vəziyyətinə gətirildiyini elan ediblər.

Sionist rejim ordusunun rəsmisi Kan radiosu ilə söhbətində də bildirib ki, Qəzzada bu gün səhərki hərbi əməliyyat planı təxminən bir ay əvvəl hazırlanıb, lakin ətraflı məlumat əldə etdikdən sonra onu həyata keçirmək fürsəti bu gün səhər gəlib.

Qeyd edək ki, KİV-in fəaliyyətinə və İsrail rejiminin indiki və keçmiş rəsmilərinin sözlərinə görə, bu əməliyyatın gec-tez həyata keçiriləcəyi gözlənilirdi və İsrail qırıcılarının bu gün səhər Qəzza zolağına hücumları, Fələstin müqaviməti dəstələrinin mövqelərini hədəf almağa təməl atdıqdan və ictimai rəyi hazırladıqdan sonra bu istiqamətdə reallaşdı.

İsrail ordusu Qəzza zolağındakı hədəflərə hava hücumunun videosunu yayıb.
Qəzza zolağının cənubunda yerləşən Rəfahda şəhid Qənnamın evinin bombalanması anı
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir