Bəlucistanın separatçı komandirlərindən olan Molla İbrahim öldürülüb + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Bəlucistan Azadlıq Cəbhəsi terror qruplaşmasının komandirlərindən biri, Molla İbrahim kimi tanınan Məhəmməd Əminin oğlu İsa Əmin adlı şəxs naməlum səbəbdən öldürülüb.
Bəlucistan Azadlıq Cəbhəsi (BLF), mayın 7-də komandirlərindən biri, Molla İbrahim kimi tanınan Məhəmməd İsanın ölümünü təsdiqləyib. Bu qruplaşma bəyanatında Molla İbrahimi Pakistanın Bəlucistan əyalətinin Xaran və Şur bölgəsində bu qruplaşma agentlərinə cavabdeh olan baş komandan və onun ölüm səbəbini qəfil ölüm olduğunu bildirib.
Həmçinin bəzi KİV-lər onun ölümünün səbəbini naməlum şəxslərlə (İran və ya Pakistanın təhlükəsizlik agentləri) münaqişəsi, digərləri isə daxili qüvvələr ilə münaqişə kimi yazıb. Ümumiyyətlə, bu separatçı komandirin ölüm səbəbi məlum deyil.
Molla İbrahim İran və Pakistan əsgərlərinə qarşı terror aktları törətmək, Taftan sərhəd sıfır nöqtəsinə (Mircave) gedən yolda İran mülki yük maşınlarına hücum etmək və Pakistanın Bəlucistan əyalətində infrastruktur layihələrini dağıtmaqda məsul olub. Pakistan hökuməti bu terrorçunun ölümünə görə 14 min dollar mükafat təyin etmişdi.
Rəy