Suriya Ərəb Liqasına qayıtdıqdan sonra Bəşər Əsəd və Bin Zayed telefonla danışıblar
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, ərəb ölkələrinin xarici işlər nazirlərinin Suriyanın Ərəb Liqasına qaytarılması qərarından sonra Suriya prezidenti BƏƏ prezidenti ilə telefon danışığı aparıb.
Mayın 7-də Suriya prezidenti Bəşər Əsəd BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Ali Nihyan ilə telefon danışığı aparıb. Bu söhbətdə tərəflər ərəb dünyasındakı müsbət irəliləyişləri nəzərdən keçirib və Suriya prezidenti BƏƏ-nin birliyin yaradılmasında və ərəb əlaqələrinin yaxşılaşdırılmasında, xüsusilə ərəb ölkələri və xalqlarının rifahı naminə ərəb birgə əməkdaşlığının gücləndirilməsindəki rolunu yüksək qiymətləndirib.
Bəşər Əsəd və bin Zayed həmçinin ikitərəfli əlaqələri və Suriya ilə BƏƏ arasında müxtəlif sahələrdə davamlı əməkdaşlığı müzakirə ediblər.
Qeyd edək ki, Suriya prezidenti ilə BƏƏ prezidenti arasında telefon danışığı ərəb ölkələrinin xarici işlər nazirlərinin Misirdə dünənki görüşdə Suriyanın Ərəb Liqasına qaytarılması ilə bağlı razılığa gəlməsindən bir neçə saat sonra baş tutub.
Daha çox oxuyun: Suriya Ərəb Liqasına qayıtdı
Rəy