Xartumda müharibə; Ciddədə müzakirə
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Sudanın paytaxtında hərbi qarşıdurmaların davam etdiyi bir vaxtda, Sudan ordusu və Çevik Reaksiya qüvvələrinin nümayəndələri ilk olaraq birbaşa danışıqları həyata keçirmək üçün Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfər ediblər.
Sudanda hərbi qarşıdurmaların 22-ci günündə Xartum və ölkənin digər şəhərlərində Sudan ordusu ilə Çevik Reaksiya qüvvələri arasında hakimiyyət uğrunda mübarizə davam edir. Bu münaqişələr başlayandan bəri ABŞ və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşmaları qeyri-sabit olub və tərəflərdən heç biri digəri tərəfindən hörmətlə qarşılanmayıb. İndi Səudiyyə Ərəbistanı və ABŞ davamlı atəşkəs və humanitar yardım göndərilməsi ilə bağlı birbaşa danışıqların aparılması üçün vasitəçiliyindən istifadə ediblər və bu danışıqların birinci mərhələsi dünən, mayın 6-da Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan mayın 5-də Səudiyyə Ərəbistanına səfər edib və Səudiyyə Ərəbistanı ilə birgə bəyanatda Sudan tərəflərinin danışıqlarını alqışlayıb.
Sudanda insanların həyat şəraitinin ağır olduğu və əksər hökumət qurumlarının ordu ilə Çevik Reaksiya qüvvələri arasında qarşıdurma meydanına çevrildiyi bildirilir. Xarici ölkələrin bir çox vətəndaşı və diplomatı Sudanı tərk edib və ərzaq, su, dərman və yanacağa çıxış çətinləşib. Həmçinin elektrik enerjisinin kəsilməsi və generatorların işləməməsi səbəbindən rabitə xidmətləri tamamilə kəsilib.
Bəzi hesabatlar göstərir ki, aprelin ayının ortalarında Cənubi Darfur əyalətində bir milyondan çox poliomielit peyvəndi talan və ya məhv edilib.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Agentliyi (UNICEF) və bu təşkilatın digər insan haqları təşkilatları dinc insanların öldürülməsi ilə bağlı xəbərdarlıq edib, ABŞ və bəzi Avropa ölkələri Sudandakı vəziyyəti nəzərdən keçirmək üçün İnsan Haqları Şurasının təcili iclasının keçirilməsinə çağırıb.
Xartum şəhərində isə paytaxtın şimalında yerləşən Xartum Bəhri və Um Dorman ərazilərində qarşıdurmalar davam edir. Türkiyənin Sudandakı səfiri İsmayıl Çobanoğlunun maşınına hücum edildiyi, lakin bu hücum zamanı xəsarət alan olmadığı bildirilir. Həmişə olduğu kimi, Çevik Reaksiya Qüvvələri və Sudan ordusu hücumu təşkil etməkdə bir-birini ittiham edib.
Ümumiyyətlə, Birləşmiş Millətlər Təşkilatı Sudanda gələcək münaqişələrin qarşısını almaq üçün bir çox tədbirlər görə bilər, lakin indiyədək böyük humanitar fəlakətin qarşısını almaq üçün qəti tədbirlər görməyib və bu, bir vaxtlar Yəmən, Suriya, İraq və Əfqanıstanda baş verənlərin hazırda Sudanda baş verməsinə gətirib çıxarıb.
Daha çox oxuyun:
Sudandakı müharibə və atəşkəs böhranı davam edir + FOTO
Sudanda iştirak edən tərəflərlə tanışlıq və son hərbi vəziyyət + XƏRİTƏ
Rəy