Təhrir Əş-Şam terror qruplaşması apreldə münaqişələrin statistikasını yayımladı + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Təhrir Əş-Şam terror qruplaşmasına bağlı Fəth Əl-Mubin əməliyyat otağına yaxın xəbər mənbələri aprel ayında Suriya ordusu qüvvələri ilə toqquşmalarının nəticələrini əks etdirən şəkilləri dərc edib.
Təhrir Əş-Şamın dərc etdiyi statistik görüntülərdə Fəth Əl-Mubin hücumlarında ölən və yaralananların sayının 83 ölü, 51-dən çox yaralı olduğu, Suriyanın şimal-qərbindəki münaqişə bölgələrinin hər birində ölənlərin sayının statistikası belədir:
Kəfərəmə cəbhəsi: 4 nəfər, Əl-Fuc 46: 6 nəfər, Əl-Dana: 3 nəfər, Bəsərtun cəbhəsi: 22 nəfər, Kəvkəbə: 6 nəfər, Hərəş Bənin: 1 nəfər, Məərə Əl-Muxs: 4 nəfər, Əl-Dar Əl-Kəbirə: 2 nəfər, Əl-Sərmaniyyə cəbhəsi: 5 nəfər, Hantutin: 5 nəfər, Əl-Bric: 3 nəfər, Kəfərnubbul: 2 nəfər, Cəbəl Əbu Əli: 1 nəfər, Cubas: 1 nəfər, Afes cəbhəsi: 1 nəfər, Kəbinə cəbhəsi: 5 nəfər, Əl-Fətatirə: 6 nəfər, Nəhşəba: 1 nəfər, Kərsəə: 1 nəfər, Fleyfil cəbhəsi: 10 nəfər.
Dərc olunan infoqrafikalardan birində hücuma məruz qalan yerlər aşağıdakı kimi göstərilib:
Əl-Fuc 46, Əl-Şeyx Əli, Muəmməl Əl-Zeyt (Hələbin qərbi), Bəsərtun, Burc Əl-Tənmih (Latakiyanın şimalı), Kəvkəbə, Əl-Bərkə kəndi (Səhl Əl-Ğabədə), Əl-Məllacə, Əl-Ruveyhə cəbhəsi, Cərradə, Təllə Raşu, Tammuma kəndi, Fleyfil cəbhəsi, Afəs cəbhəsi, Əl-Fətatirə, Əl-Dar Əl-Kəbir, Əl-Dana (Muərrə Əl-Numan yaxınlığında), Məərə Əl-Muxs, Əl-Sərmaniyyə cəbhəsi, Cəbhə Əl -Məşari (Səhl Əl-Ğabda), Hantutin, Təllə Əl-Burkan, Faru kəndi (Səhl Əl-Ğabda), Əl-Bric, Nəhşəba, Cəbəl Əbu Əli, Məərrə Hərmə, Kərsəə.
Bu münaqişələrdə istifadə olunan silahlar bunlardır:
Roketatan, 57 mm-lik top, yüngül və yarı yüngül silahlar, 106 top, ağır artilleriya, tank, B9 raketi, tank əleyhinə raketlər, minaatan.
Bu toqquşmalarda Suriya ordusu qüvvələrinin zədələnmiş texnikası bunlardır:
İki tank, bir ZİL maşını, üç 14,5 millimetrlik pulemyot, bir müşahidə postu, bir gecəgörmə kamerası, bir sıra səngərlər.
Qeyd edək ki, bu hesabatda Təhrir Əş-Şam terror qruplaşmasının rəsmi qəbul etdiyi və elan etdiyi əməliyyat və münaqişələrin məlumatlarından istifadə edilib. Ona görə də bu məzmunun dərci Təhrir Əş-Şam silahlılarının iddiasının həqiqəti və təsdiqi demək deyil. Həmçinin Suriya ordusu ilə son toqquşmalarda bu qruplaşma üzvlərinin itki və ziyanlarının miqdarı barədə məlumat dərc edilməyib.
Rəy