Məqalə: Yeni təşkil olunmuş müqavimət dəstələrinin İraqda mövcudluğunun səbəbi nədir?
İraqın 15-dən çox yeni müqavimət dəstəsi ABŞ-ın İraqdakı işğalı ilə mübarizə aparmaq üçün şəhidlər Hacı Qasim Süleymani və Əbu Mehdi Əl-Mühəndisin amerikalı terrorçular tərəfindən şəhid edilməsindən sonra mövcud olduqlarını elan edib. Bu yazıda İraqın yeni təşkil olunmuş müqavimət dəstələrinin xüsusiyyətlərini və bəzi mühüm fəaliyyətlərini nəzərdən keçirməyə çalışacağıq.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin keçmiş komandanı Hacı Qasim Süleymaninin və İraq-ın Həşd-Şəbi Təşkilatının keçmiş sədr müavini Əbu Mehdi Əl-Mühəndisin və onlarla birgə olanların Bağdadda amerikalı terrorçular tərəfindən şəhid edilməsindən sonra 15-dən çox yeni müqavimət dəstəsi gizli mənşə ilə (İraq silahlı qüvvələrinin bir hissəsi olan Həşd-Şəbi Təşkilatını qorumaq üçün) amerikalılara qarşı hücumlara görə məsuliyyəti öz üzərinə götürmək üçün yaradılmışdır.
Daha çox oxuyun: İnfoqrafik: İraq Müqavimət Dəstələri
Bu dəstələr raket hücumları, dron hücumları və yol kənarında yerləşdirilmiş bomba partlayışları həyata keçirməklə Amerika əsgərləri üçün hücum mühiti yaratmağa çalışıblar. Xüsusilə, bu tədbirlərin bəziləri müvafiq media qurumları ilə müşayiət olunmuş və regional və beynəlxalq media və dairələrdə geniş əksini tapmışdır.
Amerikalılar avadanlığın bazalar arasında və Küveytdən İraqa ötürülməsini qeyri-Amerika (İraq) podratçılara həvalə etsələr də, müqavimət dəstələri dəqiq hücumlar həyata keçirərək yalnız Amerika avadanlıqlarına zərər vurmağa çalışıblar və son illərdə nəqliyyat şirkətlərinin hər hansı iraqlı əməkdaşının öldüyü və ya yaralandığı açıqlanmayıb.
Müqavimət dəstələrinin davamlı hücumları ilə amerikalılar müqavimətin hücumlarından qaçmaq üçün öz texnika və ləvazimatlarını hava nəqliyyatı ilə İraqa daşımaq qərarına gəldilər. Bu səbəbdən son aylarda Amerika təyyarələrinin İraqda uçuşlarının sayı kəskin şəkildə artıb və müqavimət həm də İraq hökumətinə çoxsaylı xəbərdarlıqlarla yanaşı, İraqın hava məkanında Amerika təyyarələrini hədəfə almaqla hədələyib. İraq hökumətinin və amerikalıların etinasızlığından sonra müqavimət dəstələri nəhayət 22 aprel 2023-cü ildə Kərkükün cənubunda Amerikanın MQ-1C Grey Eagle dronunu vurdu. Bu hadisədən sonra dronun düşdüyü yerə doğru yolda olan Amerikanın Chinook helikopterləri flerr maddələri yayaraq İraq müqavimətinin raketlərindən sağ-salamat xilas ola bilib.
Daha çox oxuyun: Kərkükün cənubunda Amerika dronu qəzaya uğrayıb + VİDEO
Bu fəaliyyətlərdən əlavə, İraq müqavimət dəstələri ABŞ-ın Qərbi Asiya bölgəsindəki digər hərbi mövqelərinə dronlarla dəqiq hücumları bu dəstələrin bölgədəki amerikalılar üçün əsas təhlükə hesab edilməsinə səbəb olub.
Daha çox oxuyun:
Yeni qurulan İraq müqavimət dəstəsi Küveytdəki Amerika ordusuna aid aviabazaya dron hücumundan xəbər verib + VİDEO və FOTO
Yeni yaradılmış İraq dəstəsi Suriyadakı Amerika bazasına dron hücumunun məsuliyyətini qəbul edib + FOTO
İraq müqavimət dəstələri Suriyanın cənubundakı Ət-Tənəf Amerika bazasına dron hücumu ediblər + FOTO
Bu dəstələrin çoxluğu, dəqiq zərbələri, mediada lazımi işıqlandırmaları və qüvvələr tərəfindən təhlükəsizlik məsələlərinə lazımi şəkildə riayət edilməsi (bu, bu qrupların əsas xüsusiyyətlərindən biridir) çoxlu səylərə baxmayaraq və bir neçə il keçməsindən sonra amerikalıları müqavimət dəstələrini müəyyənləşdirmək və vurmaqda nakam qoyub. Həmçinin, amerikalıların bu dəstələr qarşısında zəifliyi səbəblərindən biri də İraq müqavimətinin kozırlarından biri hesab edilən bu naməlum dəstələrin adekvat tanınmaması və lazımi monitorinqin olmamasıdır.
Rəy