Paraçenardakı şiə məktəbi qana boyandı+ FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Pakistanın şimal-qərbində yerləşən Paraçenar şəhərində naməlum silahlı şəxslərin şiə məktəbinə hücumu nəticəsində 8 müəllim şəhid olub.
Mayın 4-də naməlum silahlı şəxslərin Hayber-Paxtunxva əyalətinin Kərəm Agency bölgəsində yerləşən Paraçenar şəhərindəki Tri Manqal adlı şiə məktəblərindən birinə hücumu nəticəsində bu məktəbin 8 müəllimi şəhid olub.
Kərəm Agency bölgəsinin təhsil şöbəsinin müdiri Səminə Altaf bildirib ki, naməlum silahlı şəxslər Tri Manqal məktəbinə daxil olduqdan sonra müəllimlər otağına gedərək bu məktəbin 8 müəllimini qətlə yetirib, lakin naməlum səbəblərdən məktəbin şagirdlərinə xəsarət yetirməyib və oradan qaçıblar.
Prezident Arif Ələvi və Pakistanın Baş naziri Şahbaz Şərif ayrı-ayrı mesajlarda bu cinayəti şiddətlə qınadılar və təhlükəsizlik orqanlarından terrorçuların müəyyən edilərək tutulması üçün effektiv addım atmalarını tələb etdilər.
Paraçenar şəhəri Əfqanıstanın şərq sərhədlərindən 20 kilometr aralıda Hayber-Paxtunxva əyalətinin Kərəm Agency bölgəsində yerləşir və əhalisinin 50%-dən çoxunu Pakistan şiələri təşkil edir. Təkfirçi qrupların Paraçenar şiələrinə qarşı hücumlarının tarixinə əsasən, bu hücumun Pakistanın Sipah Səhabə, Camaat-ul-Əhrar və ya İŞİD kimi təkfirçi qrupları tərəfindən həyata keçirildiyi ehtimal edilir.
Rəy