Sionist rejim əsgərlərinin Nablusa hücumunda üç müqavimət qüvvəsi şəhid olub + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejimin xüsusi təyinatlı qüvvələri Nablus şəhərinə hücum edərək Fələstin müqavimət qüvvələrinin 3 üzvünü şəhid edib.
Mayın 4-də sionist rejim qüvvələri İordan çayının qərb sahilindəki Nablus şəhərinin köhnə hissəsində yerləşən Əl-Yasəminə məhəlləsinə hücum edərək bir yaşayış evini mühasirəyə alıb və bu zaman müqavimət qüvvələri ilə sionist rejim əsgərləri arasında şiddətli qarşıdurma baş verib.
Sionist rejim mediasının məlumatına görə, qadın paltarı geyinmiş bir sıra sionist rejim ordusu qüvvələri İordan çayının qərb sahilində Nablusun şimalında yerləşən bir qəsəbədə bir evə çatıb və həmin evi mühasirəyə aldıqdan sonra taktiki paltarlarını dəyişiblər. Bu evin mühasirəsi başa çatdıqdan sonra digər hərbi qüvvələr dərhal öz qüvvələrini münaqişə yerinə gətiriblər. Bu əməliyyatda 200 ordu, kəşfiyyat və sionist rejim xüsusi təyinatlılarının iştirak etdiyi bildirilir.
Toqquşmalardan sonra sionist rejim ordusu iddia edib ki, təfərrüatlı məlumat aldıqdan sonra təxminən bir ay əvvəl Ğovr-Ordon bölgəsində üç sionist mühaciri öldürən “Həsən Qətnani” və “Məaz Əl-Misri” adlı iki Həmas qüvvəsini şəhid edib və həmçinin iki Həmas qüvvəsinin gizlənməsinə kömək edən “İbrahim Cəbr” adlı şəxs də hədəfə alınaraq şəhid olub.
Fələstin Qızıl Aypara Cəmiyyəti elan edib ki, sionistlər tibb işçiləri və təcili yardım maşınlarının Nablus şəhərinə daxil olmasına mane olub. Sui-qəsd əməliyyatını həyata keçirən sionist rejim əsgərləri tədricən münaqişə bölgəsindən geri çəkilib və fələstinlilər də sözügedən evin mühasirədə olan sakinlərinə kömək etmək üçün həmin yerə çatıb və yalnız dağıntılar altından onların cansız bədənlərini çıxara biliblər.
Bununla bağlı Həmas müqavimət hərəkatının sözçüsü Hazim Qasim elan edib ki, xalqımız və Əl-Qəssam liderləri arasından olan bu fələstinli döyüşçülərin şəhid olması xalqımızın cihad yolunu davam etdirmək əzmini gücləndirir.
Rəy