İsrailin Hələbə hava hücumu nəticəsində bir suriyalı əsgər şəhid olub + FOTO və VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejim qırıcıları Suriyanın Hələb vilayətindəki hədəflərə bir neçə raket zərbəsi endirib, nəticədə bir suriyalı əsgər şəhid olub, daha 7 nəfər yaralanıb.
Suriya hərbi mənbəsindən verilən məlumata görə, dünən bazar ertəsi günü 1 may tarixində saat 23:35 (yerli vaxt) sionist rejim Hələbin cənub-şərq istiqamətindən bir neçə raketlə Hələb beynəlxalq hava limanına və Hələbin kənarındakı hədəflərə hücum edib. Bu hücum bir suriyalı əsgərin şəhid olması, ikisi mülki şəxs olmaqla yeddi nəfərin yaralanması və maddi ziyanla nəticələnib. Həmçinin, Hələb Beynəlxalq Hava Limanının uçuş-enmə zolağına ziyan dəydiyi üçün bu hava limanının uçuşları növbəti bildirişə qədər dayandırılıb.
Bəzi qeyri-rəsmi mənbələr, Suriya ordusunun müdafiə sistemi tərəfindən ən azı 17 hücum raketinin ələ keçirildiyini bildirilib.
Bununla bağlı daha ətraflı məlumat verilməyib, lakin Suriya ordusunun Hələb əyalətində yerləşən Əl-Sufeyrə şəhərindəki mövqelərinin İsrail qırıcıları tərəfindən hədəfə alındığı bildirilir.
İsrailin Suriyaya bu hücumu sionist rejimin son aylar ərzində bu ölkənin ərazisinə yeddinci hücumudur.
Qeyd edək ki, İsrailin Hələb hava limanına yeni hücumu sionist rejimin bu ölkəyə son üç həftədə yeddinci, 2023-cü ilin əvvəlindən isə on ikinci hücumudur. Aprelin 29-da sionist rejim qırıcıları Suriyanın Homs əyalətindəki hədəflərə bir neçə raket zərbəsi endirmişdir, nəticədə 3 mülki şəxs yaralanmışdır.
Daha çox oxuyun: Sionist rejim Homs şəhərinə hava zərbələri endirdi; Üç mülki şəxs yaralandı + VİDEO
Bu, sionist rejimin 2023-cü ildə Hələb beynəlxalq hava limanına üçüncü hücumudur. Bundan əvvəl 7 mart 2023 və 22 mart 2023-cü ildə İsrail rejiminin bu hava limanına hücumu hava limanının müvəqqəti bağlanmasına səbəb olmuşdu. İsrailin hücumları və Suriyanın suverenliyinin pozulması beynəlxalq təşkilatların və BMT-nin bu məsələyə göz yumduğu bir vaxtda baş verir. Ona görə də dünyanı qanunun aliliyi deyil, cəngəllik qanununun idarə etdiyini nəzərə alsaq, Birləşmiş Millətlər Təşkilatı kimi bir təşkilata nə ehtiyac var?!
Rəy