Suriyada baş verən son hadisələr, 2 May 2023

Çərşənbə axşamı 2 May 2023 - 23:24
https://az.iswnews.com/?p=21319

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, yerli media Raqqa vilayətində yerləşən Təl-Əbyəd şəhərində minanın partlaması nəticəsində iki türk əsgərinin öldüyünü, bir neçə terrorçunun isə yaralandığını bildirib.

1- Hələb:
– Aprelin 24-də Mənbic şəhərində minalanmış avtomobil partladılıb. Bununla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

2- İdlib:
Mayın 1-də İdlibin cənubunda yerləşən Əl-Barə bölgəsində terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.

3- Dəraa:
Aprelin 30-da Nəsib bölgəsində Suriya ordusuna məxsus maşın yolunda baş verən partlayış nəticəsində bir neçə Suriya əsgəri yaralanıb.

4- Deyr əz-Zor:
Aprelin 24-də İŞİD terror qruplaşması Suriya Demokratik Qüvvələrinin (SDQ) Əl-Şəhil bölgəsindəki nəzarət-buraxılış məntəqəsini hədəfə almasına görə məsuliyyəti öz üzərinə götürüb.

5- Raqqa:
Aprelin 30-da yerli media Təl-Əbyəd şəhərində minanın partlaması nəticəsində iki türk əsgərinin həlak olması və bir neçə terrorçunun yaralanması barədə məlumat yayıb.

6- Həsəkə:
Aprelin 29-da Suriya Demokratik Qüvvələri (SDQ) Həsəkə əyalətində İŞİD terror qruplaşmasının cəbhə komandirlərindən birini həbs edib.

7- Quneytərə:
Aprelin 24-də İsrail ordusu Suriya ordusunun Hədər qəsəbəsinin qərbində yerləşən “Qurs Ən-Nəfl” adlanan qərargahlarından birinə hücum edib və bu, maddi itkilərlə nəticələnib.

Daha çox oxuyun: Sionist rejim ordusu Quneytərəyə artilleriya zərbələri ilə hücum edib

8- Homs:
Aprelin 29-da sionist rejim qırıcıları Suriyanın Homs şəhərinin cənubundakı hədəflərə bir neçə raket zərbəsi endirib, nəticədə 3 mülki şəxs yaralanıb.

Daha çox oxuyun: Sionist rejim Homs şəhərinə hava zərbələri endirdi; Üç mülki şəxs yaralandı + VİDEO

9- Aprelin 28-də Suriyanın Əl-Vətan qəzeti məlumatlı mənbələrə istinadən İran prezidenti Seyid İbrahim Rəisinin gələn çərşənbə günü Dəməşqə səfər edəcəyini iddia edib.

10- İŞİD ünsürləri son bir ay ərzində Suriyanın bəzi bölgələrində 23 terror aktı həyata keçirib, nəticədə ən azı 84 nəfər şəhid olub.

Daha çox oxuyun: 23 hücum – 84 şəhid; İŞİD-in son bir ayda Suriyadakı fəaliyyətinin hesabatı!

11- Mayın 1-də Suriyanın xarici işlər naziri Feysəl Əl-Miqdad Səudiyyə, İordaniya, Misir və İraqlı həmkarları ilə birgə beştərəfli görüşdə iştirak etmək üçün İordaniyanın paytaxtı Əmmana səfər edib.

12- Aprelin 30-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan televiziyaya verdiyi müsahibədə Türkiyə kəşfiyyatının uzun müddət İŞİD terror qruplaşmasının lideri Əbülhüseyn Quraşini izlədiyini və nəhayət, şənbə günü (29 aprel) Suriyada keçirdikləri əməliyyat zamanı məhv etdiklərini iddia etdi.

13- Mayın 2-də Suriyadakı Ali Yardım Komitəsi Fələstin Administrasiyasının Dəməşqdəki səfirliyinin zəlzələdən zərərçəkənlər üçün göndərdiyi yardım göndərişini qəbul edib. Fələstin hökumətinin Dəməşqdəki səfiri Samir Əl-Rufai deyib: “Bu yük Fələstin xalqının ianəsidir və Fələstinin Vəqf və Dini İşlər Nazirliyi ilə koordinasiya əsasında göndərilib”.

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir