İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 1 May 2023
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrailin İordan çayının qərb sahilində yerləşən Əqabə Cabr düşərgəsinə hücumu nəticəsində 1 fələstinli şəhid olub, 6 nəfər isə yaralanıb.
Mayın 1-də İsrail əsgərləri “Əhməd Cabir Vəhdan” və “Əhməd Cihad Əbul Əsəl” adlı iki fələstinlini həbs etmək məqsədi ilə Əqabə Cabr düşərgəsinə basqın edib.
İsrail əsgərləri ilə fələstinlilər arasında qarşıdurma ilə müşayiət olunan bu hücumdan sonra bir neçə nəfər yaralanıb. Xilasedicilər yaralıları dərhal xəstəxanaya çatdırıblar, lakin bir neçə saat sonra Fələstin Səhiyyə Nazirliyi 17 yaşlı fələstinli yeniyetmə “Cəbaril Məhəmməd Əl-Lədəə”nin şəhid olduğunu elan edib.
Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına görə, bu gün İsrail əsgərlərinin Əqabə Cabr düşərgəsinə hücumu nəticəsində 1 fələstinli şəhid olub, 6 nəfər isə yaralanıb. Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.
Həmçinin İsrail işğalçı qüvvələri İordan çayının qərb sahilində Cenin də daxil olmaqla bir sıra digər ərazilərə də basqın edərək fələstinlilərin kütləvi həbslərinə başlayıb. Bildirilir ki, həbs edilən şəxslərdən biri İslami Cihadın liderlərindən olan Mehdi Əl-Şərqavidir və o, Ceninin cənubundakı Zababde qəsəbəsindəki evinə hücum etdikdən sonra sionist qüvvələr tərəfindən əsir götürülüb.
Bununla bağlı İslami Cihad Hərəkatı Cenində bu hərəkatın liderlərindən olan Məhəmməd Əl-Şərqavinin həbsinin Fələstin milləti və Fələstin mücahidlərinin qətiyyətinə heç bir təsiri olmadığını açıqlayıb.
Daha çox oxuyun: İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 17 Mart 2023
Rəy